Son xəbərlər

 

Metropolitan İncəsənət Muzeyinin 17 noyabr 2020-ci il tarixində erməni mədəni irs obyektləri ilə bağlı verdiyi açıqlama Dağlıq Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri barədə tam məlumatı olmayan aparıcı bir mədəniyyət müəssisəsinin qərəzli və birtərəfli mövqeyini əks etdirir.

 

Kult.az xəbər verir ki, bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib.

"Mədəniyyət Nazirliyi Metropolitan İncəsənət Muzeyinə xatırladır ki, təqribən otuz il müddətində Ermənistan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrini icra etməyərək Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini qanunsuz olaraq işğal altında saxlayıb.

UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” 1954-cü il Haaqa Konvensiyası və “Mədəni mülkiyyətin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında” 1970-ci il Konvensiyasına üzv dövlət olmasına baxmayaraq, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycanın mədəni irsini necə məhv etdiyi, saxtalaşdırdığı və talan etdiyi barədə təkzibedilməz faktlar və dəlillər mövcuddur.

Yüzlərlə tarix və mədəniyyət abidələri, mədəniyyət müəssisələri, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı bu vandalizminin qurbanına çevrilib.

İşğal olunmuş ərazilərdəki bütün məscidlər və digər İslam irsi demək olar ki, məhv edilmiş və donuzların saxlanıldığı məkana çevrilmişdir. İnsanlığa qarşı bu cinayətlər müxtəlif internet saytlarında və forumlarda öz əksini tapmışdır.

Müvafiq elmi araşdırma və tədqiqat aparmadan Metropolitan İncəsənət Muzeyi kimi nüfuzlu bir mədəniyyət müəssisəsinin aldanması və erməni təbliğatının alətinə çevrilməsi təəssüf doğurur. Bu qeyri-peşəkar yanaşma muzeyin imicinə və qərəzsizliyinə kölgə salır.

Biz Azərbaycan irsinin vəziyyətinə yerində baxış keçirmək və Azərbaycana qarşı törədilən mədəni soyqırımın şahidi olmaq məqsədilə Metropolitan İncəsənət Muzeyini texniki missiya üçün işğaldan azad olunmuş ərazilərimizə dəvət edirik", - Nazirlikdən bildirilib.

21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi