Son xəbərlər

 
“AZE Medical Center” ödənişsiz tibbi aksiyalar həyata keçirəcək

 

Bakıda peşəkar həkimlərin fəaliyyət göstərdiyi və ən müasir avadanlıqlarla təchiz edilmiş “AZE Medical Center” özəl klinikasının açılışı olub. Açılış tanınmış səhiyyə adamları ilə yanaşı media və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə baş tutub. Klinikanın təsisçi və direktoru Zahir Babayev çıxış edərək qonaqları salamlayıb və bildirib ki, kollektivin ən böyük məqsədi sağlam gələcəyə gözəl və yüksək səviyyədə xidmət göstərməkdir: “Bunun üçün də biz, klinikamıza Azərbaycanın seçilmiş həkimləri ilə yanaşı, xaricdən də həkimlər cəlb etmişik. Belə ki, klinikamızda İrandan dəvət olunmuş 4 həkim fəaliyyət göstərəcək”. Z. Babayev deyib ki, “AZE Medical Center” Azərbaycanın bölgələrində ödənişsiz tibbi aksiyalar həyata keçirəcək: “Belə aksiyalardan birincisi isə yanvar ayının 26-da Ağsu rayonunda baş tutacaq. Növbəti mərhələdə isə Lənkəran rayonu nəzərdə tutulub. Bizim şüarımız da məhz belədir ki, “Biz sizin ayağınıza gəlirik!”.
Klinikanın direktoru daha sonra sözü səhiyyə mərkəzində vətəndaşlara xidmət göstərəcək iranlı Prof. Dr. uzman pediatr Ali Basirə verib. A. Basir çıxışında özünü vətənində hiss etdiyini bildirib. O, eyni dili danışan insanlarla işləmək və onlara xidmət göstərməkdən məmnunluğunu dilə gətirib. Daha sonra klinikanın baş həkimi və astma mərkəzinin direktoru Coşğun Məmmədli çıxış edib və klinikanın fəaliyyət istiqamətləri haqqında məlumat verib. O bildirib ki, “AZE Medical Center”da mamaginekologiya (buraya hamiləlik təqibi, qadın xəstəlikləri, sonsuzluğun müalicəsi, kolposkopiya və ginekoloji usm daxildir), mammalogiya, endokrinologiya, urologiya, andrologiya, pediatriya, terapiya və revmatologiya sahələri üzrə yüksək səviyyəli peşəkar tibbi xidmət göstərilir: “Pulmonologiya sahəsində astma mərkəzini önə çıxaracağıq. Astma və allergiya mərkəzi olaraq düşünürük. Məqsədimiz xalqımıza daha peşəkar və yenilikçi xidmət göstərməkdir. Arzu edirik ki, heç kim xəstələnməsin. Amma belə olan halda da peşəkarlara müraciət etmək lazımdır ki, xəstəlik klinikada qalsın”. Tədbirdə qonaq qismində iştirak edən Azərbaycanın tanınmış uroloq-androloqu Araz Bayramov da klinikanın açılışını əlamətdar hadisə kimi qiymətləndirib: “Əminəm ki, bu klinikada çalışan həkimlər və tibbi heyət vətəndaşlarımız üçün yüksək səviyyədə tibbi xidmət göstərəcəklər. Hər bir insanın sağlamlığı cəmiyyət və dövlətin üzərinə düşən zəruri funksiyalardan biridir. Bu cəhətdən belə klinikaların artması da ümumi inkişafın göstəricilərindəndir. Klinika ilə tanış oldum, çox yüksək keyfiyyətli tibbi avadanlıqlarla təmin olunub. Uğurlar arzulayıram”. Sonda tədbir iştirakçıları klinikanın imkanları ilə yaxından tanış olublar. Qeyd edək ki, Klinikada müxtəlif vaksinlərin müalicəsi ilə yanaşı pulmonologiya sahəsi də fəaliyyət göstərir ki, burada spirometriya(tənəffüs testi) və allergik rinitlərin şüa müalicəsi həyata keçirilir. Səhiyyə mərkəzi ən müasir avadanlıqlarla kardiologiya və nevrologiya sahələrində müayinə və müalicəyə də şərait yaradır. “AZE Medical Center”da keyfiyyətli müayinələr həyata keçirmək üçün müasir biokimya, hemotologiya, mikrobiologiya, immunologiya, serologiya və potohistologiya laboratoriyaları da fəaliyyət göstərir.
Klinika Nərimanov rayonunun İsmayıl Hidayətzadə küçəsində, 7 A ünvanında yerləşir.
Əlaqə nömrələri:

012 567 34 00
012 567 49 00
012 567 89 10

 

26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu