Son xəbərlər

 

Treasure

Son vaxtlar qızılın dünya bazarında qiymətinin artımı müşahidə edilir. Bu, Azərbaycan qızıl bazarına da təsirsiz ötüşməyib. 

Bəs bu bahalaşmanın səbəbləri nədir və bundan sonra qızılın qiymətində artım müşahidə ediləcək?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, qızılın qiymətinin artması dünya bazarında ona olan tələbatın artımı ilə əlaqədardır:

“2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində qızılın qiymətində artımın olacağını proqnozlaşdırmışdıq. Bundan başqa, Çin və ABŞ arasındakı ticarət müharibəsi birbaşa qlobal iqtisadi artım tempinin azalmasına gətirib çıxarıb. Bu azalma fonunda investor portfellərini şaxələndirirlər ki, bu da bazarda qızılın qiymətinin artmasına səbəb olub”.

Onun sözlərinə görə, son bir ildə dünya bazarında qızılın qiyməti təxminən 10 faiz artıb.

“Bu, son illərin kifayət qədər yüksək artımı kimi qiymətləndirilir. Artım bu tempdə davam edir. Altı aylıq və bir aylıq yekunlarda da qızıl faktiki olaraq, mövqelərini möhkəmləndirib. Ticarət müharibəsi davam etdikcə, növbəti aylarda da qızılın qiymətində artım olacaq. 2019-cu ildə dünya bazarında qızılın qiymətində ikirəqəmli artımın olacağı proqnozlaşdırılır. Bu da faiz baxımından ən yüksək artım kimi qiymətləndirilir”, – iqtisadçı əlavə edib..

O qeyd edib ki, qızılın dünya bazarında qiymətinin artması Azərbaycan istehlak bazarına da təsir edib:

“Azərbaycan qızıla olan tələbatının 95 faizini əsasən, dörd ölkədən edilən idxal hesabına ödəyir. Bunlar Səudiyyə Ərəbistanı, İtaliya, Rusiya və Türkiyədir. Son monitorinqlər göstərir ki, ölkədə son altı ayda qızılın qiymətində yeddi faizə yaxın artım qeydə alınıb. Növbəti dövrdə də Azərbaycanda qızılın qiymətinin artacağı proqnozlaşdırılır.

Nəzərə alsaq ki, sentyabrdan Məhərrəm ayı başlayır. Sentyabr və oktyabr aylarında qızılın qiymətində stabilləşmə olacaq. Noyabr ayından etibarən qızılın qiymətində yenidən artımların olacağı proqnozlaşdırılır. Bu artım təxminən səkkiz faiz olacaq”.

26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu