2024-cü il İqtisadiyyat üzrə Nobel mükafatı Daron Acemoğlu, Simon Conson və Ceyms A. Robinsona verilib.
Axar.az xəbər verir ki, bu barədə Nobel Komitəsindən məlumat verilib.
Məlumata görə, alimlər bu mükafata milli rifahla bağlı araşdırmalarına görə layiq görülüblər.
Qeyd edək ki, Daron Acemoğlu erməni əsilli ABŞ iqtisadçısıdır. O, 1967-ci ildə İstanbulda anadan olub.