Son xəbərlər

 

Azərbaycan millisinin baş məqşçisi, portuqaliyalı Fernando Santuşun Bədavi Hüseynovu kapitanlıq sarğısından məhrumetmə səbəbi çox mühümdür.

 

Santuşun ictimai açıqlaması belədir: “Bədavi Hüseynov Azərbaycan dilində danışa bilmir, ona görə də Abbas Hüseynovu kapitan seçdim. O, Azərbaycan dilini bilir”.

Daxildə hansı proseslər baş verir, əslində Bədavi niyə kapitanlıqdan məhrum edilmişdi – bu, ayrı məsələdir. Fakt odur ki, Santuş bu ictimai açıqlama ilə qərarını əsaslandırdı və hesab etdi ki, burda artıq ikinci sual olmayacaq.

Santuş azərbaycanlı deyil – təbii ki, heç onun Azərbaycan dilini anlayıb-anlamadığını da bilmirəm, ancaq Santuş dünya təcrübəsini bilir; bilir ki, Milli Komandada kapitan yalnız o millinin mənsub olduğu xalqın dilində danışmalıdır.

Yəni Santuş izah etdi ki, milli komandanın kapitanının təmsil etdiyi millinin ana dilində danışması dövlətin ərazi bütövlüyü, suverenliyi kimidir.

Siz alman milli komandasında fransızca danışan kapitan görərsinizmi? Ya Britaniya komandasında almanca, yaxud ispan milli komandasında ingiliscə danışan və milli dili bilməyən birinin kapitan olmasını təsəvvür edirsinizmi?

Yaxud gürcü, erməni milli komandalarında bu hal yaşana bilərmi?

Santuş Azərbaycandakı bəzilərinə sadəcə Azərbaycan dilinin şərəfini, namusunu, ləyaqətini qorumağın vacibliyini göstərdi; Santuş Azərbaycan dilinin namusunu müdafiə etməyin nə demək olduğunu izah etməyə çalışdı!

Santuş ərazisini işğaldan azad edən Azərbaycanın dilini, mədəniyyətini, futbolunu da işğaldan azad etməsindən bəhs etdi!

Anlayan oldumu bu mesajı?

O ayrı məsələ ki, bizim “milli”nin bəzi üzvləri azərbaycanca bilmir; ümumiyyətlə onlar dil bilmirlər və ya “ortaq dildə” danışmağı bacarmırlar. Hərəsinin ağzından “bir dil-avaz” gəldiyi, biri gölə, biri göyə çəkdiyi üçün də milli komandamızın oyunu məsxərədir!

Futbolun dili sərhəd tanımır, futbolçular bir-birini jestlərlə başa düşür – elədirmi?

Bu cür düşündüyümüz üçün bizim “milli” milli ola və illərdir öz oyununu tapa bilmir.

Milli komanda – elə məhz milli dildə danışıb, öz oyununu qurmalıdır.

Futbol – yalnız ayaq əzələləri ilə oynanılmır, həm də başla oynanılır və bu baş topa vurulan yumru “kəllə” deyil, şüurdur, beyindir, düşüncədir. Futbol ayaqla ağılın vəhdətidir.

Ağılın əmrlərini dil sözə, ayaq əmələ çevirir. Bizim millidə isə ağılın əmrlərini dil “rusca” çatdırır, ayaq monqolca başa düşür – nəticə də ortadadır!

Sən yalnız və yalnız öz millətinin dili, mədəniyyəti, ənənəsi, əxlaqı, dəyərləri ilə böyük ola bilərsən. Ana dilini bilməyən Hüseynin nəvəsi Bədavidən heç vaxt Pele olmaz, Maradona olmaz, heç Messi, Ronaldo da olmaz. Çünki materialı azərbaycanca, özü ruscadır.

Ona görə millimizin də vəziyyəti ruscadır...

Öz adını “Badavi Quseynov” kimi ifadə edəcəksənsə, bədəvilikdən o tərəfə keçməyəcəksən...

05 Noyabr 2024 Oyun zamanı futbolçunu ildırım vurub öldürdü - Video
26 Oktyabr 2024 Bu gün “El Klasiko” var
25 Oktyabr 2024 Türk və erməni idmançı dava etdi - Video
24 Oktyabr 2024 “Traktor” Tacikistan klubunu məğlub etdi
24 Oktyabr 2024 “Qarabağ” və Türkiyə klublarının oyunları bu kanallarda
23 Oktyabr 2024 "Qarabağ" çox ciddi və güclü komandadır - Farioli
23 Oktyabr 2024 Matç zamanı stadionda dəhşət yaşandı - Yaralı var - VİDEO
23 Oktyabr 2024 Futbolçuların “Ayaks”la oyuna hazırlıq səviyyəsi...
23 Oktyabr 2024 Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qarşı
18 Oktyabr 2024 Yamal ən bahalı gənc oyunçusu oldu: Qiyməti…
18 Oktyabr 2024 "Qarabağ" "Kəpəz"i darmadağın etdi
14 Oktyabr 2024 Rumıniya şahmatçısı telefonla tutulub
14 Oktyabr 2024 Erməni əsilli iqtisadçı Nobel mükafatı aldı
12 Oktyabr 2024 Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
11 Oktyabr 2024 Məsud Özilin Bakıya səfərinin səbəbi bəlli oldu
11 Oktyabr 2024 "Qarabağ"a qarşı gözəl oyun olmuşdu - Özil
11 Oktyabr 2024 Azərbaycan və Türkiyənin oyunları bu kanallarda
10 Oktyabr 2024 "Milton" qasırğası səbəbindən matç ləğv edildi
10 Oktyabr 2024 Fernandu Santuş - 70
09 Oktyabr 2024 “Neftçi” onunla da yollarını ayırdı
09 Oktyabr 2024 Artyom Yenin öldü
09 Oktyabr 2024 Məsud Özil “Qarabağ”ın qonağı olacaq
08 Oktyabr 2024 Millətlər Liqası: Türkiyədə ciddi itkilər...
08 Oktyabr 2024 Azərbaycan qılıncoynadanı İsveçdə qızıl medal qazandı
07 Oktyabr 2024 "Neftçi" Roman Qriqorçukla yollarını ayırdı
07 Oktyabr 2024 Məşhur futbolçu özünə ada almaq istəyir
03 Oktyabr 2024 Qurbanov bu gün risk edəcək: Ən optimal variant... - Ekspert
02 Oktyabr 2024 Fateh Terim "Neftçi" klubunu çalışdıracaq?
02 Oktyabr 2024 Ronaldonun komandası İrana gəlməkdən imtina etdi
02 Oktyabr 2024 Ən güclü klublardan biri ilə qarşılaşacağıq - Ryudström