Türkiyənin futbol üzrə əsas milli komandasının heyətində dəyişikliklər edilib.
Axar.az xəbər verir ki, "Beşiktaş"ın qapıçısı Mert Günok və "Fənərbaxça"nın yarımmüdafiəçisi İsmayıl Yüksək zədə səbəbindən UEFA Millətlər Liqasında baş tutacaq Monteneqro və İslandiya ilə qarşılaşmaları buraxacaqlar.
Xatırladaq ki, Türkiyə millisi oktyabrın 9-da Monteneqronu evdə qəbul edəcək, 3 gün sonra isə İslandiya ilə səfərdə qarşılaşacaq.