Son xəbərlər

 

Taleyüklü AFFA konfransının keçirilməsinə həftələr qalıb.

Yeni federasiya rəhbəliyi, İcraiyyə Komitəsi formalaşacaq. Çox məsuliyyətli dönəmdir, Azərbaycan futbolunun yaxın gələcəyi, milli-ideoloji, strateji olaraq 10-15 ilik fəaliyyət dövrü həll ediləcək. Bu sırada milli komandaya baş məşqçi seçimi, təyinatı da mühüm əhəmiyyət kəsb edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Futbol Federasiyasının prezidenti Tahir Süleymanov bildirib.

“Futbol ictimaiyyətinin münasibəti birmənalıdır, yerli məşqçilərə üstünlük verilməlidir. Perspektivi görünən məşqçilərimiz yetişməkdədir. Hazırda isə, Qurban Qurbanovun alternativi yoxdur. Bir dəfə yığmada çalışıb. Məlum hadisələrdən sonra, ola bilər düşüncələri fərqlidir. Ölkə futbolunun inkişafı naminə isə çox vacibdir.

Avropadakı uğurlardan sonra Qurban Qurbanova xarici klublardan, hətta yığma komandalardan təkliflərin gəlməsi, çoxalması müşahidə ediləcək. Olmaması mümkün deyil. Təbii, seçim hüququ baş məşqçinin özünə və mqaviləsi davam edən klubuna məxsusdur”, - Süleymanov bildirib.

O qeyd edib ki, burada ən önəmli məqamlardan biri, "Qarabağ"ın ziyan çəkməməsidir:

“Vaxtilə Qurban Qurbanov millidən "yola salınanda" klub amili məqsədli, məkrli olaraq önə çəkilmişdi. Futbol baxımından müəyyən nüanslar olsa da, maneələr yaradılmasa, indiki ölkə futbolunun durumunu nəzərə alaraq, vahid komanda şəklində çalışılacağı halda, ortaq məxrəcə gəlinməsi mümkündür...

Milli komanda Azərbaycan futbolunun önəmli parçasıdır. Futbola ancaq kompleks yanaşılacağı təqdirdə, ümumi futbolun inkişafı düşünüləcəyi, işlək sistem, mexanizm yaradılacağı halda istənilən effekti verə bilər. Bu sistemin yaradılması fonunda, əsas söz sahiblərindən biri, özünü təsdiq etmiş Qurban Qurbanovun olması vacibdir. Azərbaycan futbolu ancaq düşünən beyinlərin, milli-mənəvi dəyərlərə önəm verən bacarıqlı insanların sayəsində istədiyi, layiq olduğu zirvələrə ucala bilər!”.

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı