Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Öncə qələbəyə və xala həsrət qalan “Səbail” “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək.
Günün digər oyununda da iki paytaxt klubu - “Keşlə” və “Zirə” üz-üzə gələcək.
Qeyd edək ki, turun açılış matçında “Sumqayıt”la “Qarabağ” heç-heçəyə razılaşıb - 2:2. Tura sabah keçiriləcək “Neftçi” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
4-cü tur
26 sentyabr
“Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov.
Bakı. “ASCO Arena”, 18:00.
“Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov.
Bakı. “ASK Arena”, 20:15.
0