Bizə təsir edən qərarın oyuna 1 həftə qalmış verilməsi oldu.
Ev komandası olduğumuzdan təşkilati işlər bizə düşür. Başqa yolumuz yoxdur. İnanıram ki, futbolçular maksimum motivasiya ilə oynayacaqlar. Amma bu, mənfi nəticə də verə bilər. Futbolçular çox istəklidir.
Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov UEFA-nın "Molde" ilə matçın yerini dəyişdirməsinə münasibət bildirərkən deyib.
O, "Molde"nin "Qarabağ"la oyun üçün 8 hücumçu sifariş etməsinə də münasibət bildirib:
"Meydana 2-3 forvard çıxacaq. Biz sırf ön xətt oyunçularına yox, bütün komandaya qarşı hazırlaşacağıq".
Oğlu Musa Qurbanlı barədə də danışan Qurbanov onun qarşıdakı matçlarda meydanda olacağını istisna etməyib: "Tək ona yox, bütün gənclərə şans veririk".
Mütəxəssis yeni transfer Patrik Andradenin oynamağa hazır olduğunu vurğulayıb:
"Bizə uyğun futbolçudur. Sabahdan "Molde" ilə oyunun heyəti barədə düşünəcəyik. Amma Patrikin ilk dəqiqələrdən oynamaq ehtimalı yüksəkdir. Forması da buna imkan verir. Yarımmüdafiənin istənilən nöqtəsində oynamaq bacarığına malikdir".