Son xəbərlər

 

 

UEFA daha iki kluba texniki məğlubiyyət verdi

UEFA koronavirusla əlaqədar təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının təsnifat mərhələsinin oyunları ilə bağlı yekun qərarını açıqlayıb.

 

"Qafqazinfo" xəbər verir ki, bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Belə ki, ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 19-da Farer adalarının “Klaksvik” klubu ilə qarşılaşmalı olan Slovakiya “Slovan”ına 0:3 hesablı məğlubiyyət verilib. UEFA Bratislava təmsilçisinə hətta əvəzedici komandanın üzvləri ilə oynamaq üçün şans yaratsa da (matç avqustun 21-nə təxirə salınmışdı), həmin oyunçularda da koronavirus aşkarlanması texniki məğlubiyyəti qaçılmaz edib. Bu qərardan sonra “Klaksvik” oynamadan mərhələ adlayıb. Farer adaları təmsilçisi 2-ci təsnifat mərhələsində İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşıb.

Avropa Liqasının ilkin mərhələsində isə Kosovo “Priştina”sı Cəbəllütariqin “Linkoln Red İmps” klubu ilə üz-üzə gəlməli idi. Amma Kosovo təmsilçisinin heyətində 8 futbolçuda koronavirus aşkarlandığı üçün, matç təxirə salınmışdı. Kosovo klubu fərqli heyətlə oynamaq istəsə də, yeni oyunçularda da koronavirusa yoluxanlar tapıldığı üçün, qarşılaşmanın ləğvinə qərar verilmişdi. Artıq UEFA “Priştina”ya da 0:3 hesablı texniki məğlubiyyət verib. Oynamadan mərhələ adlayan “Linkoln Red İmps” Avroliqanın 1-ci təsnifat mərhələsində Lüksemburqun “Union” Titus Petange” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

UEFA daha öncə ÇL-də Kosovonun “Drita” klubuna da texniki məğlubiyyət vermişdi

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı