Son xəbərlər

 

“Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə qarşılaşan Azərbaycan çempionu səfərdə 2:1 hesabı ilə qalib gəlsə də, doğma arenada 0:2 hesabı ilə məğlub olaraq, Avropa Liqasının pley-offuna yuvarlanıb.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Q. Qurbanov bildirib ki, futbolda bəzən düşünmədiyin nəticələr olur: “Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bizim üçün bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır. Çempionlar Liqasında davam etməyi çox istəyirdik. Bəzən həddən artıq zəif oyunla, bəzən də güclü oyunla məğlub olursan. Bu bizim işimizdir. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük”.

Çalışdırıcı “Qarabağ”ın baxımlı oyun göstərməməsinə də aydınlıq gətirib: “Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən qol epizodları verdik. Açığı, mən razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur”.

O, Slavçevin əvəzinə Kintananı meydana tez salmamasından da danışıb: “Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişatına görə addım ataq. İki oyunçumuz – Bədavi və Ozobiç zədəli idi. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı”.

Q. Qurbanov bildirib ki, Avropa Liqası matçı üçün çempionat oyununun ertələnməsi üçün PFL-ə müraciət etməyi düşünürlər: “Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salma yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik”.

Baş məşqçi APOEL-in onu təcrübəsi ilə təəccübləndirdiyini də vurğulayıb: “Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdi avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Narahatlığım o idi ki, həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik. Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq”.

O, hakimliklə bağlı bəzi epizodlarda narazılığımız olduğunu da söyləyib: “Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar. Ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm”.

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı