“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra mətbuat konfransı keçirib.

O, əvvəlcə matç barədə danışıb:

– Futbolçularıma təşəkkür edirəm. Bu gün çox səbrli oynadılar və lazım olan anda hücum etdilər. Düşünürəm ki, baxımlı oyun göstərdik. İlk turlarda görüşdüyümüz ən çətin rəqiblərdən biri idi. “Partizani” müdafiə olunmaqdan həzz alırdı və çox sürətli əks-hücumlar edirdi. Rəqibə də uğurlar arzulayıram. Azarkeşlərimizə isə bizi dəstəklədiyi üçün təşəkkür edirəm.

– İlk oyundan sonra tənqidlər var idi ki, komanda meydanda ağır görünür. Bu gün isə futbolçular sürətli idi. Doğrudanmı, bir həftə ərzində bu qədər dəyişiklik oldu?

– Açığı, tənqid görməmişəm. Hazırlıq prosesindən sonra futbolçuların hazırlıq durumu bir-birindən fərqli olur. Bunu qəbul edirik. Digər tərəfdən bəzi oyunçular kollektivə gec qoşuldular. Fərqli hazırlıq oldu. Nə qədər məşq etsək də, oyundan-oyuna artım olur. Bir qədər səbrli olmalıyıq ki, futbolçular yaxşı formanı bərpa etsinlər.

– Son iki transferin hər ikisini növbəti mərhələ üçün sifariş edəcəksiniz?

– Məncə, bunda elə bir problem olmamalıdır.

– Bədavi Hüseynovun durumu nə yerdədir?

– Sual altındadır. Növbəti mərhələnin cavab oyununu da buraxa bilər.

– Mərkəz müdafiəçisi transferi düşünmürsünüz?

– Legionerləri də gətirib doldurmaqla deyil. Müdafiənin hər iki cinahına legioner gətirmişik. Lazım olanda Maksim Medvedevi də mərkəzə çəkəcəyik. İnşallah, bir problem olmaz.

– Növbəti rəqib “Dundalk” oldu. Bu barədə nə deyə bilərsiniz?

– Məncə, nəsə bildirmək üçün tezdir. Rəqibi daha yaxından tanıdıqdan sonra ətraflı məlumat vermək olar. Uzaq səfərə çıxacağıq. Bu da futbolçularda yorğunluq yaradacaq. Buna baxmayaraq, növbəti mərhələyə də maksimum hazır olmağa çalışacağıq.

– Qol vəziyyətlərini boşa vermək nə ilə bağlıdır?

– Rəqibin oyunçularını da nəzərə almaq lazımdır. Qol buraxmamaq üçün hər şeyi etdilər. Futbolda belə hallar olur. Bəzən 4-5 epizodu qaçıra bilirsən. Bəzən isə bir şansın olur, onda da fərqlənirsən.

– “Qarabağ” adətən təmkinli oynayır. Bu dəfə isə hücumameyilli çıxış etdiniz. Bu, oyun üslubunuzdakı dəyişikliklə bağlıdır?

– Bu gün çox topa sahib olduq. Səfərdəki matçda da rəqib zonaları boş qoymurdu. O qədər də hücumlarımız olmamışdı. Amma doğma meydanda azarkeş dəstəyi ilə futbolçular daha inamlı olur.

– Ailton Silva ilk rəsmi oyununa çıxdı. O, Geryenin boşluğunu doldura biləcəkmi?

– Normal oynadı. Ailton yaxşı formasından uzaqdır. Oyun təcrübəsi də azdır. Son rəsmi oyununu səhv etmirəmsə martda oynamışdı. Yaşı da azdır. Futbolçuları müqayisə etmək istəməzdim. Hər bir oyunçunun öz potensialı var. Ailtonda bu gün heç də pis alınmadı. Yavaş-yavaş qaydasına düşəcəyini düşünürəm.

24 Aprel 2024 “Traktor” cərimələndi, oyunçusu töhmət aldı
24 Aprel 2024 Vüqar Kərəmov azadlığa buraxıldı
24 Aprel 2024 İngiltərədə 19 yaşlı iki futbolçu zorakılığa görə saxlanıldı
24 Aprel 2024 İranlı qapıçı azarkeş xanıma görə futboldan uzaqlaşdırıldı
24 Aprel 2024 "Arsenal" "Çelsi"ni darmadağın etdi
23 Aprel 2024 Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu
18 Aprel 2024 Musa Qurbanlının Messi ilə illər öncəki fotosu maraqla qarşılandı
18 Aprel 2024 Hakimi təhqir edən menecer cəzalandırıldı
17 Aprel 2024 İtaliyalı futbolçu öldü
16 Aprel 2024 İsrailin hücum ehtimalı “Traktor”u vurdu
13 Aprel 2024 Qurban Qurbanov – 52!
09 Aprel 2024 Millimiz İsveçrəyə uduzdu
08 Aprel 2024 Juninyonun dönər yeməsində qəbahət yoxdur - "Qarabağ"ın diyetoloqu
08 Aprel 2024 Çerçesov Azərbaycan millisində çalışmaq istəyir?
05 Aprel 2024 Mbappe "Real"la müqavilə imzaladı
04 Aprel 2024 Tanınmış idmançı 23 yaşında öldü
03 Aprel 2024 “İmarət” Qara Qarayevi təhqir etdi - Video
03 Aprel 2024 Renatın komandası "Qalatasaray"a məğlub oldu
03 Aprel 2024 Bu qələbələr bizə əlavə motivasiya verir - Qurbanov
02 Aprel 2024 Pəhləvanımız dünya rekordlarına imza atdı - Foto
02 Aprel 2024 Yassin Benzia Fransa klubuna keçir? - Özü danışdı
02 Aprel 2024 Qurban Qurbanov yenidən İcraiyyə Komitəsində
01 Aprel 2024 Ramos “Sevilya”dan gedir
30 Mart 2024 Dünya çempionu vəfat etdi
29 Mart 2024 AFFA-nın bu klubla bağlı qərarı ləğv edildi
28 Mart 2024 Juninyo Fransa klubu ilə razılaşıb? - Foto
28 Mart 2024 Əgər dünya kubokunu qazanmasaydım... - Messi
27 Mart 2024 Millimizin AÇ-nin seçmə mərhələsi üçün heyəti...
26 Mart 2024 UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı
26 Mart 2024 Musa Qurbanlı “Qarabağ”a qayıdır? – Özü açıqladı