Bakıda poçtda ölüm hadisəsi baş verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən poçt şöbəsində qeydə alınıb.
Poçta gələn qəsəbə sakini, 1960-cı il təvəllüdlü Kazım Nadirov qəflətən ölüb. Onun ölüm səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.