Axar.az xəbər verir ki, bunu Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə X hesabında yazıb.
“Sən bilmərsən, həmin vaxtlar sən “şagird” idin. Sistemin necə çökdüyünü o sənə başa salsın”, - M.İncə bildirib.
“Özgür Özəl məndən soruşur ki, 2018-ci ildə seçki gecəsi harada idin? HDP-nin uğurlu nəticə əldə etdiyini biləndə sevincindən qışqırıb havaya tullanan sən deyildin?”, - partiya sədri əlavə edib.
Qeyd edək ki, Ö.Özəl qonaq olduğu televiziya verilişində M.İncənin 2018-ci ildə keçirilən prezident seçkilərində qaçıb gizləndiyini iddia edib.