Qızını zəncirləyən atanın işi məhkəməyə göndərildi

Biləsuvarda evində qızını zəncirlə bağlayan şəxsin işi məhkəməyə göndərilib.

 

Rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi faktı ilə bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın həyat tərzi ilə bağlı yaranmış narazılıqlara görə cari il aprelin 2-dən iyulun 9-dək Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evdə zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Adil Həbiyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video
19 Aprel 2024 Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Aprel 2024 Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
18 Aprel 2024 Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
18 Aprel 2024 Evdən gitara və saz oğurlayanlar həbs edildi
17 Aprel 2024 Bakıda 7 yaşlı uşağı motosiklet vurdu
15 Aprel 2024 Azyaşlıya əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı - Video
15 Aprel 2024 Prokuror Aytən Kərimovaya 7 il həbs istədi
13 Aprel 2024 Bakıda kafedən oğurluq edən şəxs saxlanıldı
13 Aprel 2024 Bakıda binaya bitişik konstruksiyada yanğın - Video
13 Aprel 2024 Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var
13 Aprel 2024 Çingiz Abdullayev zəhərləndi: Vəziyyəti ağırdır
12 Aprel 2024 Ağdamda iki nəfər minaya düşdü
12 Aprel 2024 Kəlbəcərdə 27 ədəd əl qumbarası tapıldı
11 Aprel 2024 Novxanıda yolda qoyun otaran şəxs həbs edildi
10 Aprel 2024 Yeni tikilməkdə olan evlərdən oğurluq etdi
10 Aprel 2024 İçki içən anasını çəkiclə döyüb öldürdü
08 Aprel 2024 Belarusdan gətirilən toyuq məhsulunda bakteriya aşkarlandı
06 Aprel 2024 Həmkəndlisini hər iki ayağından güllələdi
04 Aprel 2024 Bakıda 3 evdən antik əşyalar və 30 minlik qızıl oğurlandı
03 Aprel 2024 Zərdabda əməliyyat: saxlanılanlar var
03 Aprel 2024 Ombudsmandan son mina partlayışlarına reaksiya
01 Aprel 2024 Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
01 Aprel 2024 Sahildə meyiti tapılan körpənin nənəsi danışdı
31 Mart 2024 Beyləqanda narkotik satmaq istəyənlər tutuldu
31 Mart 2024 Sumqayıtda faciə: 13 yaşlı yeniyetmə narkotikdən öldü
31 Mart 2024 Beyləqanda silah-sursat tapıldı
30 Mart 2024 Bərdə polisindən əməliyyat: saxlanılan var
29 Mart 2024 Sumqayıtda fəhlə faciəvi şəkildə öldü