Son xəbərlər

 
Prokurorluq Goranboydakı qətllə bağlı məlumat yaydı

Goranboy rayonunda baş vermiş güllələnmə hadisəsi ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gecə rayonun Goran qəsəbəsində kənd sakini, 1986-cı il təvəllüdlü Zamanov Qərib Əfqan oğlu Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü İmanova Gülbuta Gürzalı qızını güllələyərək öldürüb. Q.Zamanov onu atasından miras qalan 32 kalibrlı “IJ” markalı tüfənglə vurub.

Q.Zamanov qadının yaşadığı kəndə gələrək onu orada qətlə yetirib. İlkin məlumata görə, G.İmanova Q.Zamanov ilə sevgi münasibətində olub. Qətl də qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd

***

Goranboy rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, avqustun 5-də saat 23 radələrində Goranboy  rayonu, Goran qəsəbə sakini, 1983-cü il təvəllüdlü Gülbuta İmanovanın odlu silahdan atəş açılması nəticəsində öldürülməsinə dair məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla cinayətin 1986-cı il təvəllüdlü Qərib Zamanov tərəfindən zərərçəkmiş şəxslə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açılaraq törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qərib Zamanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

26 Aprel 2024 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı
23 Aprel 2024 Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - Video
20 Aprel 2024 Bakıda taxta bazarındakı yanğın söndürüldü - Video
19 Aprel 2024 Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Aprel 2024 Bakıda marketlərdən 3 minlik tütün məmulatı oğurlandı
18 Aprel 2024 Bakıda sinaqoqda hamıdan namaz tələb etdi, həbs edildi
18 Aprel 2024 Evdən gitara və saz oğurlayanlar həbs edildi
17 Aprel 2024 Bakıda 7 yaşlı uşağı motosiklet vurdu
15 Aprel 2024 Azyaşlıya əxlaqsız hərəkətlər edən şəxs saxlanıldı - Video
15 Aprel 2024 Prokuror Aytən Kərimovaya 7 il həbs istədi
13 Aprel 2024 Bakıda kafedən oğurluq edən şəxs saxlanıldı
13 Aprel 2024 Bakıda binaya bitişik konstruksiyada yanğın - Video
13 Aprel 2024 Gəncədə iki mərtəbəli evdə yanğın: ölən var
13 Aprel 2024 Çingiz Abdullayev zəhərləndi: Vəziyyəti ağırdır
12 Aprel 2024 Ağdamda iki nəfər minaya düşdü
12 Aprel 2024 Kəlbəcərdə 27 ədəd əl qumbarası tapıldı
11 Aprel 2024 Novxanıda yolda qoyun otaran şəxs həbs edildi
10 Aprel 2024 Yeni tikilməkdə olan evlərdən oğurluq etdi
10 Aprel 2024 İçki içən anasını çəkiclə döyüb öldürdü
08 Aprel 2024 Belarusdan gətirilən toyuq məhsulunda bakteriya aşkarlandı
06 Aprel 2024 Həmkəndlisini hər iki ayağından güllələdi
04 Aprel 2024 Bakıda 3 evdən antik əşyalar və 30 minlik qızıl oğurlandı
03 Aprel 2024 Zərdabda əməliyyat: saxlanılanlar var
03 Aprel 2024 Ombudsmandan son mina partlayışlarına reaksiya
01 Aprel 2024 Fatmayıda 8 min manatlıq qızıl-zinət əşyaları oğurlandı
01 Aprel 2024 Sahildə meyiti tapılan körpənin nənəsi danışdı
31 Mart 2024 Beyləqanda narkotik satmaq istəyənlər tutuldu
31 Mart 2024 Sumqayıtda faciə: 13 yaşlı yeniyetmə narkotikdən öldü
31 Mart 2024 Beyləqanda silah-sursat tapıldı
30 Mart 2024 Bərdə polisindən əməliyyat: saxlanılan var