Son xəbərlər

Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Report-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Heydərov İzzət Polad oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyət ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirib, müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Mingəçevirdə maşın velosipedçini vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Gəncə şosesində baş verib.

Yevlax rayon sakini idarə etdiyi Vaz 21 06 markalı minik maşını ilə hərəkətdə olan yaşlı velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.

1956-cı il təvəllüdlü yaralı velosipedçi Mustafayev Sadiq Qiyas oğlu xəstəxanaya yerləşdirilib.

 

Onun kələ beyin travması aldığı və ayaq nahiyəsindən müxtəlif xəsarətlər aldığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə yaşlı qadının mal-qaralarının oğurlanması ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov videogörüntülərlə bağlı Qazax Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanıldığını bildirib:

“Tezliklə araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə Qazax rayonunun Aslanbəyli kənd sakini olan 63 yaşlı qadın videomüraciət edərək mal-qaralarının oğurlandığını, lakin polis əməkdaşları tərəfindən araşdırmaların aparılmadığını deyib.

Pirallahı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir nəfər yaralanıb, biri isə dünyasını dəyişib.

Qəzanın səbəbləri araşdırılır.

Tovuzda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 24-ü saat 7 radələrində Tovuz şəhəri ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Breksitin bizə vurduğu zərəri ödəyəcək heç bir razılaşma yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Şotlandiya regional administrasiyasının rəhbəri Nikola Sturgen deyib.

“Müstəqil Avropa ölkəsi olaraq öz gələcəyimizin xəritəsini cızmaq zamanı gəldi”, - deyə Sturgen bildirib.

Qeyd edək ki, Avropa Birliyi ilə B.Britaniya arasında Breksit çərçivəsində razılaşma imzalanıb.

78 yaşlı kişi evində yanaraq öldü

Bakıda ev sahibi mənzilində yanaraq ölüb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzildə 1 ədəd divan və döşəmə yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Məmmədov Qəhrəman Hüseyn oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Qəbələ rayon sakinlərindən silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Mirzəbəyli kənd sakinləri - H.Sədullayev, R.İsgəndərov və S.Məmmədovun hərəsindən bir ədəd müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin şəxslər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.