"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470-ci maddəsində zaminlik ilə bağlı göstərilmişdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yarana biləcək öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov deyib.

Fariz Əkbərov sözlərinə belə davam edib: "Mülki Məcəllənin 472.2 maddəsində göstərilib ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Zaminlik öhdəliyi kredit müqaviləsi bitənədək davam edir

Lakin Mülki Məcəllənin 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir:

477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda;

 

477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə;

477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə;

477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, yəni borclunun kreditor qarşısında olan öhdəliyi müqavilə ilə müəyyən edilməlidir".

10 Yanvar 2025 Onlar bunun bədəlini ağır ödəyirlər - Netanyahu
10 Yanvar 2025 Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir - TƏHLİL
10 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”
09 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”
07 Yanvar 2025 Zelenski niyə belə edir, nəyi çatmır? - Lukaşenko
06 Yanvar 2025 Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı
29 Dekabr 2024 "Həmrəylik Günü ən çox bizim xalqa yaraşır" - ŞƏRH EDİLDİ
29 Dekabr 2024 Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident
29 Dekabr 2024 Suallar var: Havada endirilən zərbədən sonra təyyarə... - Prezident
29 Dekabr 2024 Uçuşları dayandırmağa mən göstəriş vermişəm!
29 Dekabr 2024 Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!
29 Dekabr 2024 Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub
29 Dekabr 2024 Rusiya ilk şərtimizə dünən əməl etdi, qaldı ikisi - Əliyev
29 Dekabr 2024 Qroznıya uçuşlar bərpa ediləcək? Güman ki, yox! - Prezident
29 Dekabr 2024 Qəzanın Moskva-Bakı əlaqələrinə təsir etməməsi üçün...
28 Dekabr 2024 Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir
25 Dekabr 2024 Nazim Eynallı Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib - FOTO
25 Dekabr 2024 Təyyarə qəzası: həlak olanların ailələrinə yardım göstəriləcək
25 Dekabr 2024 Azərbaycanda matəm elan olundu
25 Dekabr 2024 FTB Teslanın bütün qeydlərini məhv etdi - Dünyadan gizlədilən ŞOK MƏQAM
25 Dekabr 2024 Doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik - Cəbrayıl sakini
24 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”
24 Dekabr 2024 Kərim Tahirov: Prezident İlham Əliyevin Liderlik missiyası: Azərbaycan tərəqqi və Zəfər zirvəsində
22 Dekabr 2024 Dövlət siyasətinin müasir modeli
20 Dekabr 2024 "Lotereya biletlərinin bədbəxt etdiyi ailələrlə rastlaşıram" - ŞƏRH EDİLDİ
20 Dekabr 2024 Mühüm siyasi addım
20 Dekabr 2024 Rusiya Kirillovun qisasını aldı - Korotçenko
20 Dekabr 2024 Ermənistanın sülhməramlı müharibəsi - RAKURS
20 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək”
19 Dekabr 2024 Sosial şəbəkələrdə kazino və loto oynayanlara uşaqlar da qoşulub – ARAŞDIRMA VİDEO