"Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində istər ötən ildə əldə olunmuş uğur göstəriciləri, istərsə də qarşıda duran yeni vəzifələr barədə detallı açıqlamalar təqdim olunmuşdur.

Düşünürəm ki, həm yerli, həm də xarici ictimaiyyətin diqqətini cəlb edən önəmli məqamlardan biri də möhtərəm dövlət başçımızın Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi ilə bağlı səsləndirdiyi fikirlər oldu". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.   

Millət vəkilinin fikrincə, bu təşkilat bundan sonra D-9 adlandırılacaq, çünki məhz Azərbaycan bu quruma üzv olan doqquzuncu ölkə oldu. "Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib. Cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması fonunda Türk Dövlətləri Təşkilatının, eləcə də D-8-in dünya miqyasında ciddi güc mərkəzinə çevrilə biləcəyi barədə dedikləri isə, birmənalı olaraq, bütün Türk və İslam dünyasını həmrəyliyə çağıran ciddi mesajdır."       

Fikirlərini davam etdirən  K.Qafarov daha sonra cənab Prezident İlham Əliyevin yeni dünya nizamının formalaşması prosesində Azərbaycanın rolu ilə bağlı səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: "Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, biz bu prosesin fəal iştirakçısı olmalıyıq. Yəni Azərbaycan sadəcə  burada yeni nizamın necə olacağını gözləməməlidir. Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur.  Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi,  yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq".

10 Yanvar 2025 Onlar bunun bədəlini ağır ödəyirlər - Netanyahu
10 Yanvar 2025 Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir - TƏHLİL
09 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”
07 Yanvar 2025 Zelenski niyə belə edir, nəyi çatmır? - Lukaşenko
06 Yanvar 2025 Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı
06 Yanvar 2025 Zamin hansı hallarda ödəniş etməkdən azad ola bilər? - AYDINLIQ GƏTİRİLDİ
29 Dekabr 2024 "Həmrəylik Günü ən çox bizim xalqa yaraşır" - ŞƏRH EDİLDİ
29 Dekabr 2024 Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident
29 Dekabr 2024 Suallar var: Havada endirilən zərbədən sonra təyyarə... - Prezident
29 Dekabr 2024 Uçuşları dayandırmağa mən göstəriş vermişəm!
29 Dekabr 2024 Əliyev təşəkkür etdi: Əsl dostluq belə olar!
29 Dekabr 2024 Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub
29 Dekabr 2024 Rusiya ilk şərtimizə dünən əməl etdi, qaldı ikisi - Əliyev
29 Dekabr 2024 Qroznıya uçuşlar bərpa ediləcək? Güman ki, yox! - Prezident
29 Dekabr 2024 Qəzanın Moskva-Bakı əlaqələrinə təsir etməməsi üçün...
28 Dekabr 2024 Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir
25 Dekabr 2024 Nazim Eynallı Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib - FOTO
25 Dekabr 2024 Təyyarə qəzası: həlak olanların ailələrinə yardım göstəriləcək
25 Dekabr 2024 Azərbaycanda matəm elan olundu
25 Dekabr 2024 FTB Teslanın bütün qeydlərini məhv etdi - Dünyadan gizlədilən ŞOK MƏQAM
25 Dekabr 2024 Doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik - Cəbrayıl sakini
24 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”
24 Dekabr 2024 Kərim Tahirov: Prezident İlham Əliyevin Liderlik missiyası: Azərbaycan tərəqqi və Zəfər zirvəsində
22 Dekabr 2024 Dövlət siyasətinin müasir modeli
20 Dekabr 2024 "Lotereya biletlərinin bədbəxt etdiyi ailələrlə rastlaşıram" - ŞƏRH EDİLDİ
20 Dekabr 2024 Mühüm siyasi addım
20 Dekabr 2024 Rusiya Kirillovun qisasını aldı - Korotçenko
20 Dekabr 2024 Ermənistanın sülhməramlı müharibəsi - RAKURS
20 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək”
19 Dekabr 2024 Sosial şəbəkələrdə kazino və loto oynayanlara uşaqlar da qoşulub – ARAŞDIRMA VİDEO