Mən, ilk növbədə, Prezident Tokayevə minnətdarlığımı ifadə etmək üçün zəng etdim.

Çünki biz bilirdik və məlumat əldə etmişdik ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar.

Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, onlar öz həyatlarını risk altına atmışdılar:

"Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissə də yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar və buna görə də Prezident Tokayevə mən təşəkkürümü bildirdim. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də mən bilirəm ki, Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, mən Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini də bildirdim və bax, sizə dediyim məsələləri də onun diqqətinə çatdırdım ki, biz beynəlxalq ekspertizanın tərəfdarıyıq və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilmərik. Bu mövqe də anlayışla qarşılandı. Təbii olaraq, bizim dövlət qurumlarımızın nümayəndələri, komissiyanın üzvləri və rəhbərləri, prokurorluq orqanlarının nümayəndələri daim təmasdadırlar. Qazaxıstan da öz növbəsində Dövlət komissiyası yaratmışdır və Prezident Tokayev söhbət zamanı bu barədə mənə məlumat vermişdi. Onlar da təbii olaraq istəyirlər və çalışırlar ki, məsələ tam təfərrüatları ilə açılsın. Eyni zamanda, mən Prezident Tokayevə də başsağlığı verdim, çünki qəza nəticəsində altı Qazaxıstan vətəndaşı həlak olmuşdu. O da mənə başsağlığı vermişdi. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Mən şadam ki, yenə də bu faciəyə baxmayaraq, görürəm və əminəm ki, Qazaxıstanda da eyni fikirdədirlər. Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi".

10 Yanvar 2025 Onlar bunun bədəlini ağır ödəyirlər - Netanyahu
10 Yanvar 2025 Tolerantlığın bir dəyər formasına çevrilməsi məntiqidir - TƏHLİL
10 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycan əvəzolunmaz ölkəyə çevrilir”
09 Yanvar 2025 Kamaləddin Qafarov: “Azərbaycanın mövqeyi prinsipial və ədalətlidir”
07 Yanvar 2025 Zelenski niyə belə edir, nəyi çatmır? - Lukaşenko
06 Yanvar 2025 Ölkə rəhbərinin prinsipiallığı qəzanın səbəbkarlarını üzə çıxardı
06 Yanvar 2025 Zamin hansı hallarda ödəniş etməkdən azad ola bilər? - AYDINLIQ GƏTİRİLDİ
29 Dekabr 2024 "Həmrəylik Günü ən çox bizim xalqa yaraşır" - ŞƏRH EDİLDİ
29 Dekabr 2024 Rusiya məsələni ört-basdır etmək istəyirdi - Prezident
29 Dekabr 2024 Suallar var: Havada endirilən zərbədən sonra təyyarə... - Prezident
29 Dekabr 2024 Uçuşları dayandırmağa mən göstəriş vermişəm!
29 Dekabr 2024 Məhz buna görə açıq deyə bilərik ki, təyyarəni Rusiya vurub
29 Dekabr 2024 Rusiya ilk şərtimizə dünən əməl etdi, qaldı ikisi - Əliyev
29 Dekabr 2024 Qroznıya uçuşlar bərpa ediləcək? Güman ki, yox! - Prezident
29 Dekabr 2024 Qəzanın Moskva-Bakı əlaqələrinə təsir etməməsi üçün...
28 Dekabr 2024 Ərazi bütövlüyümüzün bərpası həmrəyliyimizin daha da güclənməsinə töhfələr verir
25 Dekabr 2024 Nazim Eynallı Müdafiə Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilib - FOTO
25 Dekabr 2024 Təyyarə qəzası: həlak olanların ailələrinə yardım göstəriləcək
25 Dekabr 2024 Azərbaycanda matəm elan olundu
25 Dekabr 2024 FTB Teslanın bütün qeydlərini məhv etdi - Dünyadan gizlədilən ŞOK MƏQAM
25 Dekabr 2024 Doğma yurdumuzda yaşamaq şəraitini yaradan Prezidentimizə təşəkkür edirik - Cəbrayıl sakini
24 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmizin gələcəyi daha da möhtəşəm olacaq”
24 Dekabr 2024 Kərim Tahirov: Prezident İlham Əliyevin Liderlik missiyası: Azərbaycan tərəqqi və Zəfər zirvəsində
22 Dekabr 2024 Dövlət siyasətinin müasir modeli
20 Dekabr 2024 "Lotereya biletlərinin bədbəxt etdiyi ailələrlə rastlaşıram" - ŞƏRH EDİLDİ
20 Dekabr 2024 Mühüm siyasi addım
20 Dekabr 2024 Rusiya Kirillovun qisasını aldı - Korotçenko
20 Dekabr 2024 Ermənistanın sülhməramlı müharibəsi - RAKURS
20 Dekabr 2024 Kamaləddin Qafarov: “Ölkəmiz özünün təhlükəsizliyi üçün hər şeyi edəcək”
19 Dekabr 2024 Sosial şəbəkələrdə kazino və loto oynayanlara uşaqlar da qoşulub – ARAŞDIRMA VİDEO