Bu gün Bitki Mühafizə və Texniki Bitkilər ETİ ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Tədqiqat Fizika İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Bu barədə
Azadmedia.az-a Bitki Mühafizə və Texniki Bitkilər ETİ-dən məlumat verilib. Qeyd edilib ki, imzalama mərasimində hər iki institutun bir qrup əməkdaşları iştirak etmişdir. ET Fizika İnstitutunun Baş direktoru, AMEA- nın birinci vitse prezidenti, akademik Arif Həşimov, Bitki Mühafizə və Texniki Bitkilər ETİ- nin direktoru, AMEA- nın müxbir üzvü, professor İbrahim Cəfərov müvafiq müqaviləni imzalamış və çıxışlarında əməkdaşlığın istiqamətlərindən danışmış, xeyir dualarını vermişlər.
Hər iki elm ocağına uğurlar arzulayırıq.