Rəsmi İrəvan dünyada gedən prosesləri qətiyyən anlayana oxşamır.

Çünki Ermənistan hakimiyyətinin mövcud situasiyanı hələ də düzgün dəyərləndirə bilmədiyi göz önündədir. Hətta erməni siyasətçiləri, politoloqları arasında da belə bir qənaətdə olanlar, yəni Ermənistan hökumətinin doğru addımlar atmadığı, yanlış istiqamətdə, yanlış yolda olduğunu düşünənlər kifayət qədərdir və onlar hesab edirlər ki, bu, ölkələrini idarə edənlərin cəhalət içərisində olması səbəbindədir. Bu cəhalətin, bu yanlışlığın isə nəticəsinin fəlakət olacağını da bir çoxları açıq şəkildə bildirirlər və buna görə də ermənilər arasında həyəcan təbili çalanlar getdikcə artmaqdadır.

Axına qarşı üzməkdə, ətrafdan təcrid olunmaqla olan Ermənistanı nələr gözlədiyi hayları bərk qorxuya salıb

Bir çox erməni siyasətçiləri açıq şəkildə qeyd edirlər ki, ölkələrini idarə edən hakimiyyət komandası qətiyyən dünyada baş verənlərlə ayaqlaşmaq niyyətində görünmür. “Bu gün ABŞ öz hegemonluğunu itirməkdədir. Avropa İttifaqının da getdikcə zəiflədiyini görürük və görünən odur ki, bu proseslər hələ çox uzanacaq. Bunun fonunda BRİKS ölkələrinin güclənməkdə olduğunu da seyr etməkdəyik. Üstəlik, Ermənistanın bu vaxta qədər özünə ən effektiv iqtisadi tərəfdaş hesab etdiyi Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir kimi ölkələr də BRİKS-ə qoşulmağa çalışırlar. Sadə dillə desək, bütün dünya müəyyən bir prosesin içindədir və ölkələrin əksəriyyəti yeni iqtisadi sistemə yönəlib, lakin Ermənistan axının əksinə, axına qarşı üzmək qərarına gəlib”, - deyə Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Levon Zurabyan açıq şəkildə bildirib. Daha doğrusu, partiya sədrinin müavini öz ölkəsinin axına qarşı üzdüyünü deməklə, əslində, həyəcan təbili çalıb. Belə bir həyəcan təbilinin çalınmasının səbəbini də başa düşmək heç də çətin deyil. Ona görə çətin deyil ki, qonşu ölkənin ancaq işğalçılıq niyyətində olduğunu, hələ də uydurma miflərə görə özünü bütün ətraf aləmdən, bütün dünyadan, ələlxüsus da regiondan təcrid etdiyini, bu niyyətlə də Qərbin alətinə çevrilməyi daha üstün hesab etdiyini və bu yolla getdiyini, bununla da özünü region ölkələrindən təcrid etdiyini görməmək mümkün ola bilməz. Belə bir şəkildə təcrid olunmaqla da Ermənistanın regionda yad ünsürə çevrildiyi də müşahidə edilməkdədir.

Təkcə siyasətçilər, politoloqlar deyil, hər kəs görür ki, bütün dünya ölkələri iqtisadi, siyasi baxımdan irəliləyişə, uğura imza atmaq üçün bütün qlobal və regional layihələrdə iştirak etməyə can atmaqda olduğu halda, Ermənistan hələ də axmaq, mənasız, qondarma miflərin arxasınca düşüb və bu miflər naminə də dünyanın bir çox ölkələrinin, eləcə də bir çox qüvvələrinin qarşısında özünü sadiq qul kimi aparmağı doğru hesab edir. Ola bilsin ki, hayların belə qul psoxologiyası hansısa qüvvələrin işinə yaraya, xoşuna gələ bilər. Məsələn, öz bildiyini, öz istədiyini bütün ölkələrə, bütün dünyaya qəbul etdirməyə çalışan ABŞ kimi bir ölkə Ermənistanın belə “itaətkar” olmasını ilk baxışda yaxşı qarşılaya bilər. Çünki İrəvanın belə mütiliyi, belə boyun əymək tərzi ümumilikdə Qərbə hər mənada sərf edir və bunu gizlətmir də. Amma gizlətdiyi də var. Xüsusən də Ermənistanla bağlı niyyət gizli saxlanır. Ola bilsin ki, hayların əksəriyyəti Qərbin onları düşündüyü qənaətindədirlər və elə hesab edirlər ki, nə vaxtsa ABŞ, Fransa və həmin ölkələr kimi bəzi ölkələr əllərini, qollarını çırmalayıb ermənilər üçün xoş gün-güzəran, xoşbəxt gələcək quracaqlar. Təbii ki, belə düşünənlər bərk yanılırlar və elə bəzi erməni siyasətçiləri də bu yanılmalarına görə həyəcan təbili çalırlar. Çünki gec də olsa, başa düşürlər ki, ABŞ və Fransa kimi ölkələrin, ümumiyyətlə, Qərb ölkələrinin Ermənistana münasibətinin kökündə regional maraqları dayanır və hələ ermənilər özləri də bilmirlər ki, hansı strategiya nəzərdə tutulub və həmin “müəmmalı strategiyanın” fonunda hayları nələr gözləyir. Elə hayları qorxudan da məhz budur...

Ermənistan hakimiyyətinin qəbul etdiyi vektorun ölkəni uçuruma apardığı, ölkənin qaranlıq və müəmmalı vəziyyətdə qalması ilə öz təsdiqini tapır

Qarşıdan gələn seçkilərdə Trampın qələbə çalacağından haylar bərk qorxuya düşüblər. Çünki başa düşürlər ki, ABŞ seçkilərində Donald Trampın qalib gəlməsi ilə Ermənistan hakimiyyətinin qəbul etdiyi vektorun ölkəni uçuruma apardığı öz təsdiqini tapacaq. Haylar hesab edirlər ki, Tramp qələbəyə çox yaxındır, simpatiya üstünlüyü artıq onun tərəfindədir və yaxın 20 gündə nəyinsə ciddi şəkildə dəyişməsi ehtimalı da qətiyyən yoxdur. Deməli, qorxudan yuxularını qarışdıran ermənilərin qorxu səbəbi ortaya çıxır və məhz fəlakətlə üz-üzə qalacaqları qənaətində olanlar həyəcan təbili çalırlar. Elə məhz Zurabyan da belə bir qorxunun fonunda həyəcan keçirir və onun timsalında hansısa erməninin qorxusu da, həyəcan təbili çalması da başadüşüləndir. “Bunu nəzərə almaq lazımdır, anlamaq lazımdır ki, Tramp seçilərsə, hamımız özümüzü tamamilə başqa bir dünyada tapacağıq və hökumətin strategiyası bir gecədə ölkəmiz üçün fəlakətli boşluğa çevriləcək. Hətta Harris seçilsə belə, Gürcüstanda qərbyönlü qüvvələr qalib gəlsə belə, bütün bunların Ermənistan üçün hər hansı mühüm perspektivlər gətirəcəyini söyləmək mümkün deyil, çünki Qərb özü böhran içindədir”, deyə “Traektoriya” proqramının efirində öz fikirlərini səsləndirən Zurabyan, görünür bundan sonra ölkəsinin regionda yad ünsürə çevrilməkdə olduğuna artıq əmindir.

 

Əslində, həqiqətən də uzun müddətdir ki, Ermənistanın regionda marginallaşmış bir vəziyyətdə olduğu bəlli idi və qlobal, eləcə də regional layihlərdən belə kənarda qalmaları fonunda hansı vəziyyətdə qaldığı da sirr deyildi. Öz taleyini Qərbin seçiminə buraxan işğalçı ölkə vətəndaşlarının indi hansı vəziyyətlə qarşılaşacaqları barədə qorxular səbəbsiz sayılmır. Çünki Zurabyanın timsalında bəzi erməni siyasətçilər başa düşürlər ki, özünün müstəqil siyasəti olmayan, ümumiyyətlə suveren bir ölkə kimi öz strategiyası olmayan və hansısa ölkələrin diqtəsi ilə hərəkət edən Ermənistan indi Qərbin böhranla qarşılaşdığı durumda daha qaranlıq və müəmmalı vəziyyətlə üz-üzə qalır. Region ölkələri ilə əlaqələrini yaxşılaşdırmaq, mehriban qonşuluq siyasəti aparmaq, bölgədə sülh şəraitində yaşamağı seçmək əvəzinə, region ölkələrinə qarşı işğalçılıq siyasəti yürütməklə Qərbin aləti olmağı üstün tutan Ermənistanın məhz indi, ABŞ kimi bir ölkənin, Fransanın özünün böhranlı vəziyyətdə qalması fonunda, hansı duruma düşdüyünü başa düşən ermənilərin kürklərinə nəyə görə birə düşdüyü anlaşılandır. Anlaşılan odur ki, indi öz hayında olan Qərb qətiyyən hayların hayında ola bilməz və buna görə də ermənilər özlərini yalnız, tənha, ələlxüsus da regionda yad ünsür kimi görməyə başlayıblar və bu mənada haqlıdırlar da. Çünki bilirlər ki, Qərbdən əlləri üzüldüyü təqdirdə al açmağa daha yerləri qalmır və region ölkələrindən hansısa köməyə belə ümid etmək axmaqlıqdır.

Böhran içində olan Qərbdən dəstək olmayacaq və Ermənistana qalan regionda yad ünsürə çevrilməkdir...

Həqiqətən də İrəvan tərəfindən Qərb vektorunun seçilməsi Ermənistanın hazırkı qlobal qarşıdurmanın əsas forpostlarından birinə çevrilməsi deməkdir. Haylar özləri belə açıq şəkildə etiraf edirlər ki, indi onlar bir dövlət olaraq qlobal qarşıdurmanın əsas cəbhəsinə çevrilərək cəbhə xəttinə doğru qaçırlar. Ermənistan hakimiyyətinin hazırkı açıqlamalarının belə mühasirəyə alınmış dövlətin psixologiyasını aşıladığı artıq hiss olunmaqda, duyulmaqda olduğunu ermənilər özləri hamıdan yaxşı başa düşürlər. Onu da başa düşürlər ki, Rusiya Federasiyası ilə münasibətləri kəsmək imkanını nəzərdən keçirən rəsmi İrəvan ümumiyyətlə, Rusiya təchizatını dayandıracaq. Haylar buna görə də qorxu içərisindədirlər, çünki buğdadan tutmuş, təbii qaz təminatına qədər Rusiyadan asılı olduqlarını bilirlər və artıq sadalananların fonunda yaşaya bilməyəcəklərinə, hətta bundan sonrakı mövcudluqlarına görə qorxu içərisindədirlər. Qorxu içərisində olmaya da bilməzlər, çünki regionda belə üz tutmaq üçün “üz saxlamalı” olduqları hansısa bir dövlət, hansısa bir ölkə yoxdur və regionun heç bir ölkəsi ilə İrəvan tərəfindən normal münasibət saxlanılmayıb. İndi haylar yaxşı başa düşürlər ki, regionda sadəcə olaraq, yad ünsür kimi görünürlər və buna görə də səbəbkar yalnız özləridirlər.

Əli sarıqlı, beli çantalı küçə nümayişçisi və Qərbin layihəsi olan Nikol Paşinyan bir zamanlar erməni xalqını yağlı vədlərlə aldadıb, qızıldan dağlar vəd edərək çaşdırıb hakimiyyət kürsüsünü ələ keçirsə də indi artıq daxili auditoriyanı hansısa formada aldada bilmir. Bir-birinin ardınca məhrumiyyətlərlə üz-üzə gələn, qarşılaşan Ermənistanın bu günə qalmasının, çarəsizliyinin səbəbini də açıqlamaqda çətinlik çəkir. Ona görə çətinlik çəkir ki, onu hakimiyyət kürsüsünə “otuzduran” Qərbə bunun əvəzində qul kimi xidmət etdiyini və indi əli üzüldüyünü izah etməyin yolunu belə tapmır. Heç tapa da bilməyəcək. Axı öz hakimiyyəti naminə ölkəsinin müstəqilliyini, suverenliyini nəzərə belə almadan Qərbin ayaqları altına atdığını necə izah edə, yaxud necə əsaslandıra bilər? İndi ölkəsinin məhrumiyyətlərlə üzləşdiyini, Qərbin böhranı ilə Ermənistanın da sıxıntıya düşdüyünü, ümumiyyətlə, regionda yad ünsürə çevrildiyini erməni baş nazir daxili auditoriyaya həzm etdirməyə qadir deyil. Çünki reallıqda ölkəsini müstəqillik deyil, vassallığın ən ağır, ən pis variantına sürüklədiyini özündən yaxşı bilən yoxdur. Nikol Paşinyan özü hamıdan yaxşı başa düşür və bilir ki, bundan sonra ölkəsinə qətiyyən Qərbdən dəstək olmayacaq və ona da, ölkəsi Ermənistana da qalan ən azından regionda yad ünsürə çevrilməkdir...

28 Oktyabr 2024 Ermənilərdən Atatürklə bağlı növbəti təxribat: Qadağan edildi – VİDEO
26 Oktyabr 2024 Xəzər TV-nin efirində daha iki veriliş yayımlanacaq VİDEO
25 Oktyabr 2024 "25 oktyabr Azərbaycan təqviminə yeni zəfər günü kimi yazılıb" - MÜNASİBƏT BİLDİRİLDİ
25 Oktyabr 2024 "Dünya əhalisinin 50 faizi BRİCS ölkələrinin payına düşür" - ŞƏRH EDİLDİ
25 Oktyabr 2024 Qərbin Bakıya yeni hücumları: bu dəfə COP29 hədəfdədir
25 Oktyabr 2024 Kamaləddin Qafarov: “25 oktyabr – Qubadlının işğalçılardan azad olunduğu gündür!”
25 Oktyabr 2024 Bir çox AB ölkəsi Əliyev kimi lider arzulayır
25 Oktyabr 2024 Qərb Ukraynada uduzub, etiraf etmək istəmir - Orban
25 Oktyabr 2024 Məktəblərdə dayanıqlılıq mövzusunda seminarlar keçirib
24 Oktyabr 2024 Qərbin Gürcüstanı ALƏT ETMƏK NİYYƏTİ – TƏHLİL
24 Oktyabr 2024 Krıma gedəcəyəm, amma indi yox... - Lukaşenko
24 Oktyabr 2024 Rusiya ordusu bütün istiqamətlərdə irəliləyir - Putin
24 Oktyabr 2024 Yaxın Şərq müharibənin astanasındadır - Putin
24 Oktyabr 2024 Türkiyəyə uzanan çirkli əllər... - Ərdoğan
24 Oktyabr 2024 BRİKS-in əsas dayağı Çindir - Lukaşenko
23 Oktyabr 2024 Avropa İttifaqına üzvlük fonunda RİSKLİ OYUNLAR - TƏHLİL
23 Oktyabr 2024 Xəzər TV-yə xəbərdarlıq edildi
23 Oktyabr 2024 COP29 bunun üçün yaxşı səbəbdir - Paşinyan
23 Oktyabr 2024 "Azərbaycan bütün bunları təkbaşına edir" - MÜNASİBƏT BİLDİRİLDİ
23 Oktyabr 2024 Yenə boyunduruq məsələsi - BAXIŞ BUCAĞI
23 Oktyabr 2024 Putin Kazana gələn liderlərin hamısı ilə “tet-a-tet” görüşdü
23 Oktyabr 2024 Gülənə rəhmət diləyən xanım aparıcı cəzalandırıldı
22 Oktyabr 2024 Ermənistanın Avropa yuxusu - RAKURS
22 Oktyabr 2024 Milli Qvardiyanın Döyüş Bayrağının yeni təsviri – Fərman
22 Oktyabr 2024 Bu hərbçilərin hərbi geyim forması belə olacaq
22 Oktyabr 2024 Gülənin ölümü ilə bağlı başsağlığı verən 177 nəfər...
18 Oktyabr 2024 Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik - Putin
18 Oktyabr 2024 "Zəngilan rayonunun inkişafı dövlətimiz üçün ali məqsədlərdəndir" - MÜNASİBƏT BİLDİRİLDİ
18 Oktyabr 2024 “Azərbaycan etnik-dini dözümlülük simvoludur“ - SOSİOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 Oktyabr 2024 Kərim Tahirov: Tarixi missiya uğurla yerinə yetirildi