FETÖ lideri Fətullah Gülənin vəfatından sonra sosial media platformalarında başsağlığı paylaşan və tərifli paylaşımlar edən 177 hesab müəyyən edilərək, barələrində tədbir görülüb.
Axar.az xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Naziri Əli Yerliqaya sosial media hesabında yazıb.
“Kiber Cinayətlərlə Mübarizə İdarəmiz bu hesabları müəyyənləşdirə bilib. Proses başladıldı və virtual patrullarımız kibercinayətkarlıqla mübarizə aparmaq üçün növbədədir”, - o qeyd edib.