Son xəbərlər

 
“Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”
Prof. İbrahim Cəfərov
Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
AMEA-nın müxbir üzvü


Ümummilli Liderimizin təbiri ilə desək, “Güclü ordu dövlətin müstəqilliyinin təminatçısıdır, qarantıdır.”
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra bütün dövlət atributları kimi Milli ordumuz da yenidən quruldu.
Xalqımız hər il 26 iyunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü təntənə ilə qeyd edir.
Fəxr edirik ki, hazırda bizim olduqca qüdrətli ordumuz var!

Əlbətdə ki, hər bir dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Həmçinin dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Bəli, Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Məhz elə buna görə də deyə bilərik ki, silahlı qüvvələrimizin inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Belə ki, Ordu quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edildi. Ulu Öndər 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Sözügedən məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Qeyd edim ki, Ulu Öndərin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.
1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilməkdədir..

Bununla da bitmədi, Ordu quruculuğu prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması başladı.. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

Onu da vurğulayım ki, Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı.
Bəli, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə ordu quruculuğu məsələləri hər zaman diqqət mərkəzində olub.
Heç şübhəsiz, effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi oldu. Məhz cənab Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Heç təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Ordumuz Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.

Bütün bunlarla yanaşı, Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması da daim diqqət mərkəzindədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.
Xüsusilə qeyd etməliyəm ki, Silahlı qüvvələrimizin büdcəsi durmadan artır. Əlbətdə ki, ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir.
Ali Baş Komandanın tapşırığına əsasən keçirilən irimiqyaslı təlimlər təsdiq etdi ki, ordumuz güclüdür və Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir. Dəmir Yumruqla tarixi uğura imza atmış Müzəffər Ali Baş Komandan.. Ali Baş Komandan İlham Əliyev 2020-ci il 27 sentyabrda əks hücum əməliyyatı ilə başlayan 44 günlük Vətən müharibəsində düşmən üzərində Qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Bəli, xalqımız öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, zəfər bayrağı ilə qayıtdıq.
Onu da vurğulayaq ki, 44 günlük Vətən müharibəsinin hər anında qardaş, dost və müttəfiq Türkiyə Respublikası Azərbaycanın yanında olduğunu hər an göstərdi.
Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı tükənməz perspektivə malikdir. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindəndir.
Ordu quruculuğu strategiyamızda önəmli addımlar sırasında qardaş ölkə modeli ilə bağlı atılan addımlardır. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Ordumuzun Türkiyə ordusunun modeli əsasında yenidən qurulması təşəbbüsü çağdaş dövrün çağırışlarına və Azərbaycanın müdafiə qabiliyyətinin daha da artırılmasına hədəflənən ordu quruculuğu strategiyasıdır. Bu strategiyanın uğurla həyata keçirilməsi Azərbaycan Ordusunun hərbi-texniki göstəricilərini daha yüksək səviyyəyə qaldırılmasını təmin edəcək və ölkəmizin müdafiə qabiliyyətini qat-qat artıracaqdır.
Bu gün, müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı, bütün dünyada böyük və artan nüfuzu var. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri sözsüz ki, danılmazdır. İstər ölkə daxilində, istərsə də ölkə xaricində hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə qoruyacaq güclü Ordumuzun olmasına tam arxayındır.
02 İyul 2024 “Qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiya tətbiq olunmayacaq” - EKSPERT DANIŞDI
02 İyul 2024 “Azərbaycan polisi ən böyük hörmətə, etimada layiqdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
01 İyul 2024 Ədalətin və milli iradənin təntənəsi - TƏHLİL
01 İyul 2024 “Dizelin qiymətinin benzinə yaxınlaşması fəlsəfi məna daşıyır” - AYDINLIQ GƏTİRİLDİ
30 İyun 2024 İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür
30 İyun 2024 Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
28 İyun 2024 Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL
28 İyun 2024 Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 Dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ən aktual məsələdir - TƏHLİL
28 İyun 2024 “İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 “Cəmiyyət dövlətin və polisin yanındadır” - ŞƏRH OLUNDU
28 İyun 2024 İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi
28 İyun 2024 Sayı 7000- qədər azalan taksilərdə qiymətlər artacaq - Ekspert AÇIQLADI VİDEO
28 İyun 2024 Azərbaycanda kərə yağının qiyməti BAHALAŞDI VİDEO
27 İyun 2024 Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir
27 İyun 2024 MEK-də “Açıq qapı” keçiriləcək
26 İyun 2024 Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”
26 İyun 2024 Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
25 İyun 2024 Medvedyev Qərbi hədələdi: Cavabsız qoymayacağıq
24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ