Təqribən 3 ay öncə Prezident Administrasiyası tərəfindən ATV, "Xəzər", ARB və "Speys" telekanallarının rəhbərlərinə kanalda yayımlanan bəzi verlişlərlə bağlı xəbərdarlıq edildiyi deyildi.

Qeyd edildi ki, ictimai narazılıq və narahatlıq doğuran "Bizimləsən”, "Elgizlə izlə”, "Səni axtarıram”, "Həmin Zaur”, "Gəl danış”, "Yaxşılığa doğru” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır. Həmin verilişlərin yeni mövsümdən proqramdan çıxarılacağı iddiaları da səsləndi.

Kult.az xəbər verir ki, tənqid hədəfi olan həmin telekanalların birində çalışan mənbə Yenisabah.az-a bu iddiaların yeni mövsümdə özünü doğrultmayacağını bildirib.

Onun sözlərinə görə, özəl telekanalların rəhbərləri sözügedən verilişlərə alternativ tapa bilməyiblər. Ötən müddət ərzində bir neçə yeni layihə müzakirə mövzusu olsa da, onların heç birinin yüksək reytinq gətirəcəyinə əminlik yaranmayıb. Oxşar süjet xəttinə malik olan həmin verilişlərin alternativini yaratmaq mümkün olmayıb. Nəticədə hazırda reytinqinə görə ilk sıralarda qərarlaşan “Bizimləsən”, "Elgizlə izlə”, "Səni axtarıram”, "Həmin Zaur”, "Gəl danış”, "Yaxşılığa doğru” verilişlərinin yayımının gələn il də davam etdirilməsinə qərar verilib.

Məlumatlı şəxs deyib ki, gözdən pərdə asmaq üçün müəyyən kosmetik dəyişikliklərin edilməsi nəzərdə tutulub. Burada söhbət studiyaların dizaynının dəyişməsindən, cəmiyyətdə mənfi reputasiyaya malik olan ekspertlərin uzaqlaşdırılmasından və verilişlərin efir saatının qısaldılmasından gedir.

Qərara alınıb ki, sözügedən kosmetik dəyişikliklər avqust ayının əvvəlindən etibarən tamaşaçılara “inqilabi dəyişiklik” kimi təqdim olunsun.

Sonda mənbə gözləntilərin əksinə olaraq, Zaur Baxşəliyev, Lalə Azərtaş, Xoşqədəm Hidayətqızı, Zaur Kamal və Elgiz Əkbər kimi aparıcıların yeni sezonda tamaşaçıların qarşısına təkrar çıxacağını bildirib.

04 İyul 2024 “Plastik əməliyyat günahdır”
04 İyul 2024 Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü
04 İyul 2024 “Uşaq xəstə olub...” - Əhmədin dayısı
04 İyul 2024 Xamenei azərbaycanlını prezident edir... - Şok ssenari
04 İyul 2024 Bu, Ərdoğanın Putinlə görüşünə “cavab” idi - General
04 İyul 2024 Bir türkün İranda prezident olması üçün... - Piruz Dilənçi
04 İyul 2024 Ceyhun Musaoğluya vəzifə verildi
04 İyul 2024 Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri
04 İyul 2024 Alimlər Marsda yaşaya biləcək bitkini kəşf ediblər
04 İyul 2024 Barış Manço axtarılır! – Oğlu açıqlama verdi
04 İyul 2024 Ərdoğan vasitəçi ola bilməz - Kreml
04 İyul 2024 Xəbərdarlıq: Bakını gözləyən zəlzələnin vaxtı açıqlandı
04 İyul 2024 Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
03 İyul 2024 Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi
03 İyul 2024 Əliyev: Milli valyutalarda qarşılıqlı hesablaşmalar artır
03 İyul 2024 Açıq deyirəm, Azərbaycanda baş verənlər... - Tokayev
03 İyul 2024 Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi
03 İyul 2024 Susda ilk körpə doğuldu - Fotolar
03 İyul 2024 "Onlar jurnalistikada pul qazanmağın yolunu tapıblar"
03 İyul 2024 Pezeşkian separatçı və pantürkistdir - Fars professor
03 İyul 2024 İrəvan Türkiyə ilə sərhədin açılmasına hazırdır
03 İyul 2024 Tualet problemini həll etdik, xaricdən təşəkkür alırıq - İran
03 İyul 2024 Toplum TV işi üzrə saxlanılanlar barədə qərar verildi
03 İyul 2024 Kobaxidze Mirzoyanla görüşdü
03 İyul 2024 İlham Əliyev Qazaxıstanda səfərdədir
03 İyul 2024 Azərbaycanda gəmi satılır - Qiyməti açıqlandı
03 İyul 2024 Bu deputatlar namizədliyini irəli sürə bilməyəcək
03 İyul 2024 Azərbaycan Hindistana başsağlığı verdi
03 İyul 2024 ABŞ-ın Bakı və İrəvan mövqeyi: Nə olursa olsun… – Badalyan
03 İyul 2024 Lukaşenko Avropanı miqrantlarla hədələdi