Son xəbərlər

 

Təbrizli Məsud Pezeşkianın 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda lider olması onun üzərində diqqətləri cəmləşdirib.

 

Prezident seçkilərinə 80 şəxs öz namizədliyini irəli sürmüşdü. Konstitusiya Keşikçiləri Şurası isə onlardan cəmi 6 nəfərini seçkiyə buraxdı: parlament sədri Məhəmmədbağır Qalibaf, parlament üzvü Məsud Pezeşkian, İranın ali dini rəhbəri Əli Xameneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi, Tehran meri Əlirza Zəkani, İranın vitse-prezidenti Əmirhüseyn Qazizadə.

Prezident seçkisinin birinci turuna 2 gün qalmış Əlirza Zəkani və Əmirhüseyn Qazizadə geri çəkildi və Səid Cəlilini dəstəklədi. Bunu Pezeşkianın nüfuzu və seçilmə şansı ilə əlaqələndirdilər. Bildirilirdi ki, azərbaycanlının seçilmə imkanlarını məhdudlaşdırmaq üçün fars namizədlər birləşir.

4 namizədin qatıldığı seçkilərin birinci turunda Pezeşkian ən çox səs toplayan şəxs oldu – o, ən yaxın rəqibi Səid Cəlilini 1 milyondan da çox səslə üstələdi. İkinci tura keçə bilməyənlər də Cəliliyə dəstək nümayiş etdirdilər. Buna baxmayaraq, İranda keçirilən və bu gün elan edilən rəsmi sorğunun nəticələrinə görə, Pezeşkian 52%, Cəlili isə 48% səs toplayıb.

Bir azərbaycanlı, “mən azərbaycanlı olmağımla fəxr edirəm” deyən namizədmi İranda prezident olacaq?

Pezeşkianın bu qədər nüfuzlu olacağını, birləşən rəqiblərinə qarşı belə ciddi dirəniş göstərəcəyini, hətta qalib gəlmək şansını Konstitusiya Keşikçiləri Şurasının hesablamadığı, bu barədə xüsusi xidmət orqanlarından dəqiq məlumat almadığını düşünmək sadəlövhlük olardı. Bəs, Pezeşkian niyə seçkilərə buraxıldı? Axı Konstitusiya Keşikçiləri Şurası sabiq prezident Mahmud Əhmədinejad da daxil olmaqla, çoxsaylı nüfuzlu şəxsləri seçkidən kənarda qoymuşdu?

Buna görə də müxtəlif ehtimallar ortaya atılıb: 1.Azərbaycanlı namizədin seçkilərə buraxılması xalqın seçici fəallığını artırmağa köklənib – xüsusilə azərbaycanlıların seçkiyə cəlbi düşünülüb; 2. Pezeşkian bir layihədir – onsuz da İranda bütün qərarları ali dini lider qəbul edir, Pezeşkian seçilsə belə, heç nə edə bilməyəcək; 3. Seçkilərə legitimlik donu geyindirilməsi üçün Pezeşkiandan istifadə edilir; 4.İranda fars olmayan bir millətin nümayəndəsinin də prezident ola biləcəyi təsəvvürü yaradılır – bundan sonrakı mümkün uğursuzluqlar İranda yaşayan ən böyük etnoslardan biri ilə “bölüşdürülür” və s.

Çoxsaylı iddialara azərbaycanlıların İran daxilində özlərini yad hesab etməməsi, xarici kəşfiyyatın çoxmilyonlu azərbaycanlılardan İranın parçalanmasında istifadə imkanlarını məhdudlaşdırması da daxildir. Buna görə də Pezeşkiana azərbaycanlıların və İrandakı digər qeyri-farsların tam etibar etmədiyi iddiası da var.

Amma Pezeşkianın seçkiyə buraxılmasının və mümkün seçilməsi perspektivində ən mühüm cəhət unudulur: Pezeşkian İranın təcrid olunduğunu, qonşuları ilə pis münasibət qurduğunu bildirir, yumşalmalar təklif edir, regionların inkişafını vəd edir. İranda mühafizəkarlardan fərqli olaraq, islahatçı qanada mənsub Pezeçkian dünya ilə daha açıq siyasətin tərəfindədir.

Ona görə də daha mühüm ehtimal ortaya çıxır: dünyanın yenidən bölüşdürüldüyü, İrana qarşı dairənin daraldığı, xüsusilə yaxın Şərqdə Tehranın proksi qüvvələrinə sarsıdıcı zərbələrin endirildiyi bir vaxtda xarici siyasətdə mühüm dəyişiklik niyə gündəmdə olmasın?

İran illərdir sanksiyaların altındadır: daha nüfuzlu, siyasi keçmişində heç bir ləkə olmayan, həm də qeyri-fars bir prezident İranın yeni xarici siyasət kursunu daha uğurla tətbiq edə bilməzmi?

Xamenei də yaxşı bilir ki, baş örtüsü, niqab-çadra artıq İranda ciddi xalq etirazları doğurur;

Xamenei də yaxşı bilir ki, İranın dünyadan təcridi ciddi iqtisadi problemlər yaradır və çətinliklər doğurur;

Xamenei də yaxşı anlayır ki, yeni dünya düzəni qurulur və burda İranın hazırkı siyasəti, xüsusilə Qərbi düşmən elan etməsi milli maraqlarına uyğun deyil.

Pezeşkian Xameneinin yeni siyasətinin ən yaxşı icraçısı ola bilər.

Amma ən ciddi bir məsələ Pezeşkianın məhz azərbaycanlı olmasının bu seçkilərdə geniş təbliği və onun Azərbaycan vilayətlərində qarşılanması oldu!

Pezeşkian Güney Azərbaycanda milli hiss və duyğuların genişlənməsi və güclənməsində müstəsna rol oynadı və bir daha hər kəs anladı ki, İranda hakimiyyətin yaşaması azərbaycanlılardan böyük ölçüdə birbaşa asılıdır.

Pezeşkian son illər qapalı şəkildə inkişaf edən milli hisslərin kütləviləşməsi və üzə çıxmasına səbəb olub.

Güney Azərbaycanın hazırda seçkilərdən əldə etdiyi ən böyük nemət budur.

Pezeşkianın seçilməsi və prezident olmasının azərbaycanlıların gözləntilərini nə qədər doğruldacağı ayrı söhbətin mövzusudur. Bacaracaqmı, yoxsa milli hissləri irançılığa sərf edəcək – bunlar ikinci dərəcəli məsələlərdir.

Pezeşkian tarixi missiyasını faktiki olaraq yerinə yetirib. Ona görə də Xameneinin sabahkı seçkilərdə Pezeşkianın qələbəsinə mane olmayacağı ehtimalı çox güclüdür. Çünki bu qədər böyük nüfuzla, qəhrəman kimi Pezeşkianı kənarda qoymaq İranın gələcəyi üçün ciddi risklər yaradır.

İran dövlət ağlı bunca məşhurlaşan və azərbaycanlıların, İrandakı bütün türklərin, o cümlədən islahatçı cərəyanın ciddi şəkildə dəstəklədiyi namizədin seçilməsi və İran dövlətçiliyinin yeni düzəndə sağ qalmasına xidmət edəcəyinə çalışacaq böyük ehtimalla. Çünki azərbaycanlının seçilməsi Güney türklərinin İran dövlətinin həm də onların olduğu düşüncəsini gücləndirəcək – paralel olaraq, İranın regionda sürətlə güclənən Türkiyə və digər türk dövlətləri ilə anlaşma imkanlarını genişləndirəcək...

Pezeşkian seçilməlidir ki, İran dərin dövlətinin istəyi həyata keçsin – ya xarici siyasi kursda dəyişikliklə hakimiyyəti daxildə də gücləndirəcək, ya da bugünə qədər qazandığı “qəhrəman” paltarı əynindən çıxarılacaq və milli duyğuların üzərinə su səpiləcək...

06 İyul 2024 İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi
06 İyul 2024 ABŞ və Ermənistan birgə təlimə başlayır
06 İyul 2024 O icazə versə, deputatlığa namizəd olacam - Fəzail Ağamalı
06 İyul 2024 Pezeşkian prezident oldu: İrəvan narahatdır, Bakı qərarlı…
06 İyul 2024 Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır
06 İyul 2024 Onların Bakı ilə bağlı mövqeyi Ankaranı qane etmir
06 İyul 2024 Vahid Əhmədovun prokuror oğlu işdən azad edildi
06 İyul 2024 Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir - Əliyev
05 İyul 2024 Xamenei Pezeşkianın seçilməsini buna görə istəyir
05 İyul 2024 Elxan Şahinoğlu namizədliyini irəli sürdü
05 İyul 2024 Sülh sazişinin imzalanması vacibdir - Mirzoyan
05 İyul 2024 Prezident “İsa bulağı”nda çay içdi - Fotolar
05 İyul 2024 Simonyan: Top Azərbaycandadır
05 İyul 2024 Leyboristlər hakimiyyətə gəldi: Britaniya “dəyişəcək”?
05 İyul 2024 Keçmiş prezident Pezeşkiana səs verdi
05 İyul 2024 Rişi Sunak istefa verdi
05 İyul 2024 Zelenskinin sualı rezonans yaratdı: Ukrayna təslim olur?
04 İyul 2024 “Plastik əməliyyat günahdır”
04 İyul 2024 Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü
04 İyul 2024 “Uşaq xəstə olub...” - Əhmədin dayısı
04 İyul 2024 Bu, Ərdoğanın Putinlə görüşünə “cavab” idi - General
04 İyul 2024 Bir türkün İranda prezident olması üçün... - Piruz Dilənçi
04 İyul 2024 Ceyhun Musaoğluya vəzifə verildi
04 İyul 2024 Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri
04 İyul 2024 Alimlər Marsda yaşaya biləcək bitkini kəşf ediblər
04 İyul 2024 Barış Manço axtarılır! – Oğlu açıqlama verdi
04 İyul 2024 Ərdoğan vasitəçi ola bilməz - Kreml
04 İyul 2024 Xəbərdarlıq: Bakını gözləyən zəlzələnin vaxtı açıqlandı
04 İyul 2024 Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
03 İyul 2024 Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi