Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib ki, ölkəyə yeni Konstitusiya gərəkdir.

"Konstitusiya vətəndaşların ölkədə yaşam qaydaları, hüquqlar və öhdləliklərlə bağlı kollektiv anlaşmasıdır. Mövcud Konstitusiya vətəndaşlar arasında ciddi sosial və psixoloji gərginlik yaradıb. Hamıya məlum olan səbəblərə görə bu gün Ermənistan vətəndaşları hesab edirlər ki, mövcud Konstitusiya onların cəmiyyətdə və dövlətdə yaşam qaydaları ilə bağlı təsəvvürlərini əks etdirmir. Onlar Konstitusiyanı hakim elita tərəfindən yaradılaraq gerçəkləşdirilmiş sənəd qismində görürlər", - N.Paşinyan deyib.

Onun sözlərinə görə, əsas problem Konstitusiyada nə yazılmasında yox, onun necə qəbul edilməsindədir: "Ermənistana xalqın özününkü hesab edəcək, onun dövlət və dövlətlə münasibətlər barədə düşüncələrini əks etdirəcək Konstitusiya gərəkdir. Bizə yaradıcısı olan xalqla üzvi bağlı olan Konstitusiya gərəkdir".

N.Paşinyan daha sonra bəyan edib ki, yeni Konstitusiya ilə bağlı məsələ son vaxtlar siyasi oyun predmetinə dönüb. Buna rəğmən, Paşinyan hesab edir ki, Ermənstanın institusional, psixoloji və fiziki dayanıqlılığının möhkəmləndirilməsi ilə bağlı işlər davam etdirilməlidir.

"Beynəlxalq miqyasda tanınmış ərazilərdə azadlığı, rifahı, xoşbəxtliyi və təhlükəsizliyi təmin etmək üçün vasitə qismində Ermənistan Respublikasını yaratmış real Ermənistanın xalqının maraqlarına diqqəti cəmləməliyik", - N.Paşinyan söyləyib.

Ermənistanın baş naziri ölkə Konstitusiyası ilə bağlı islahatara zərurətin duyulması ilə bağlı dediklərində haqsız sayılmamalıdır. Çünki konstitusion islahatlar olmasa, ölkənin ali qanununa zəruri əlavələr və dəyişikliklər edilməsə Cənubi Qafqazda dayanıqlı sülhdən və qalıcı stabillikdən danışmağa dəyməz.

Ermənistan Konstitusiyasının preambulasında və ölkənin Dövlət Müstəqilliyi Aktında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Həmin iddialar qüvvədə qaldıqca, Ermənistanda revanşistlərin fəalllaşması və ölkəmizə qarşı yeni hərbi əməliyyatlara başlamaq fikrinə düşmələri istisna deyil.

Səbəb sadədir: erməni identikliyi əsrlər boyu ərazi iddiaları, mifik "dənizdən dənizə Böyük Ermənistan", Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları, onillər boyu isə "Qarabağ Ermənistan torpağıdır" yalanları üzərində qurulub.

Nikol Paşinyanın "4-cü Ermənistan Respublikası qurmaq" və ölkə Konstitusiyasına dəyişikliklər etmək istəyini rəsmi İrəvan "dövləti daha rəqabətə davamlı" etmək arzusu ilə izah edir.

Halbuki bu sözlər Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası, yekun sülh müqaviləsinin imzalanması, nəqliyyat kommunikasiyalarının bərpası və yeni loqistika marşrutlarının istifadəyə verilməsi ilə bağlı aparılan danışıqların tempi indi bir qədər aşağı düşüb.

Ermənilərin çoxu etiraf etməsələr də, anlayırlar: Azərbaycana qarşı ərazi iddiasının yer aldığı mövcud Konstitusiya qarşıda polislər durmuş yolla şərəkət edən oğrunun əlindəki qəsb edilmiş əşyalara bənzəyir. Oğru cəzasının yüngülləşməsini istəyirsə, o əşyalardan qurtulmalıdır. Yox, əşyaların ona dəyərli və əziz olduğunu deyib əlində saxlamağa davam edərsə, cəzalanacaq.

Ermənistanda 1990-cı ilin yayında, SSRİ-nin de-yure olaraq dağılmasından bir qədər əvvəl qəbul edilmiş "Dövlət Müstəqilliyi Bəyannaməsi"də "Ermənistanla Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşməsi" ifadəsi var.

Ermənistan Konstitusiyasının preambulasında da həmin sənədə istinad edildiyindən bu, rəsmi İrəvanın Azərbaycan ərazilərinə de-yure olaraq iddia etməsidir.

Nikol Paşinyan bunu dərk etməmiş deyil. O, hələ 2020-ci ildə Konstitusiya Məhkəməsinin heyətini dəyişmək üçün referendum keçirmək istəyirdi. COVİD-2019 pandemiyası səsverməyə mane oldu. Buna rəğmən, N.Paşinyanın rəhbərlik etdiyi və Ermənistanda iqtidarda olan "Mülki Müqavilə" partiyası gərəkli saydığı hakimlərin təyinatına və parlamentdəki səsvermə vasitəsilə Konstitusiya Məhkəməsinin heyətində çoxluğa nail olmağı bacardı.

İndisə N.Paşinyana Konstitusiyaya əlavələr və dəyişikliklərlə bağlı referendumda məqsədə çatmaq üçün 600 min səs gərəkdir. Onun Ermənistanda reytinqinin həddən ziyadə aşağı düşdüyünü nəzərə alsaq, İrəvandakı iqtidarı həlli asan olmayan problem gözləyir.

Azərbaycanın mövqeyi aydındır: Ermənistan Konstitusiyasında mütləq dəyişikliklər edilməli, ölkəmizə qarşı ərazi iddiasının yer aldığı bənd aradan qaldırılmalıdır.

Ermənistan cəmiyyəti, hakimiyyəti, mediası və siyasi məkanı rəsmi Bakının bu tələbini "Ermənistanın daxili işlərinə müdaxilə cəhdi" kimi dəyərləndirir.

Belədirmi?

Əvvəla, qeyd edək ki, Konstitusiya istənilən dövlətin hüquq sisteminin əsası olaraq əsas prinsipləri, vətəndaşların hüquq və öhdəliklərini, habelə dövlətin sərhədlərini müəyyənləşdirir. Bir dövlətin Konstitusiyasında qonşu ölkəyə qarşı ərazi iddiaları yer alırsa, bu, artıq heç bir halda "daxili iş" sayıla bilməz.

Beynəlxalq hüququn əsas prinsipi dövlətin ərazi bütövlüyü və suverenitetidir. BMT Nizamnaməsi (maddə 2, bənd 4) istənilən dövlətin siyasi müstəqilliyinə və ərazi bütünlüyünə qarşı iddianı, yaxud güc tətbiqini yasaqlayır.

Sözügedən prinsip bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Avropadakı sərhədlərin toxunulmazlığını bir daha təsdiqləyən Helsinki Yekun Aktında (1975-ci il) yer alıb.

Bundan başqa, beynəlxalq hüququn prinsiplərinə görə, qonşu öjlkələr münasibətlərini qarşılıqlı sayğı və mehriban qonşuluq prinsipləri əsasında qurmalıdlır. Ərazi iddiaları həmin prinsiplərə kökündən ziddir və bu, "Beynəlxalq hüququn prinsipləri barədə" bəyannamədə (1970-ci il) təsdiqlənib.

Azərbaycanıne ərazi bütünlüyünü, suverenliyini və sərhəd toxunulmazlığını bütün dövlətlər, o cümlədən BMT və bu təşkilatın da üzvü olan Ermənistan da tanıyıb. Yəni Azərbaycanın sərhədlərinin tanınması ilə bağlı Ermənistan üzərinə öhdəlik və təhəddüdlər götürüb. Beynəlxalq müqavilələr və sazişlər hüququ barədə Vyana konvensiyasında (1969-cu il) isə deyilir: "Tərəf imzaladığı və ya razılaşdığı müqavilənin, sazişin və ya beynəlxalq razılaşmanın şərtlərinin yerinə yetirmədiyinə görə daxili hüququ ilə qanunvericiliyinə istinad edə bilməz".

Məhz bu səbəbdən Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının yer alması İrəvanın "daxili işi" yox, beynəlxalq hüquqa kökündən zidd fakt, beynəlxalq münasibətlərdə və xüsusilə də Cənubi Qafqaz bölgəsində gərginlik mənbəyi olaraq stabilliyə və sülhə təhdiddir.

Bölgəmizdə eskalasiyaya yol verməmək üçün Ermənistan mütləq şəkildə Konstitusiyasına dəyişikliklər etməli, haqqında bəhs etdiyimiz ifadələri ölkənin ali qanunundan çıxarmalıdır.

Nikol Paşinyana və ermənilərə hamilik edən ABŞ, Fransa və Avropa İttifaqı da bunu İrəvandan tələb etməlidir.

05 Oktyabr 2024 Bu gün Beynəlxalq Müəllimlər Günüdür
04 Oktyabr 2024 İnternetin qiymətini artıran provayderlər sürətini niyə artırmayıblar? VİDEO
04 Oktyabr 2024 Son zamanlar çoxalan "online" "qumar" oyunlarının qarşısı necə alınmalıdır? VİDEO
04 Oktyabr 2024 Bakıda builki bal yarmarkasında 68 tona yaxın arıçılıq məhsulu satılıb
03 Oktyabr 2024 Mağazada əşya sındırmışıqsa, dəyərini ödəməliyik? - VƏKİL AÇIQLADI
02 Oktyabr 2024 Bu gün Millidestek.az saytının 10 yaşı tamam olur
02 Oktyabr 2024 Koronavirusun yeni növü yayılır VİDEO
02 Oktyabr 2024 Dövlətçilik tariximizin dönüş nöqtəsi
02 Oktyabr 2024 Sarı işıqda keçən və avtomobilinin ön şüşəsi çat olan sürücülər cərimələnə bilərlər VİDEO
02 Oktyabr 2024 Çəkilmiş ət alarkən nələrə diqqət etmək lazımdır? VİDEO
02 Oktyabr 2024 Pomidor ucuzlaşıb VİDEO
01 Oktyabr 2024 3 uşağı xəstə olan hərbçi ailəsi kömək istəyir - FOTO
29 Sentyabr 2024 İqtisadi inkişaf modelimiz dünyada təsdiqlənib
23 Sentyabr 2024 Bazarlarda mürəbbəlik meyvə və giləmeyvələrin qiyməti necədir? VİDEO
23 Sentyabr 2024 Azərbaycanda düyü bahalaşdı – SON QİYMƏT VİDEO
23 Sentyabr 2024 "Azərbaycan əməkdaşlıqdan yana mövqe sərgiləyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
23 Sentyabr 2024 Zelenskinin qələbə planı hiylədir - Şeremet
20 Sentyabr 2024 "Maliyyə dayanıqlılığımızı bərqərar etmişik" - MÜNASİBƏT BİLDİRİLDİ
20 Sentyabr 2024 Azərbaycanda Dövlət Suverenliyi Günüdür
19 Sentyabr 2024 "Rusiyaya meyilli qüvvələr seçkidə qalib gələcəklər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Sentyabr 2024 Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”
19 Sentyabr 2024 Netanyahunu öldürmək istəyən İran casusu tutuldu
18 Sentyabr 2024 "Xarab olmayan çörək artıq kimyalaşıb" - AİB SƏDRİ AÇIQLADI
18 Sentyabr 2024 Masallıda Respublika Toxumçularının II Forumu keçiriləcək
18 Sentyabr 2024 Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb
17 Sentyabr 2024 Sürüşkən və XAOTİK SİYASƏT – TƏHLİL
17 Sentyabr 2024 Bu qurumlar 1 saat işıqsız qalacaq
17 Sentyabr 2024 Suraxanıda “yeni era”nın başlanğıcı
17 Sentyabr 2024 “Azərbaycanın gücünü həzm etməyən dairələr aqressivləşir” - ŞƏRH OLUNDU
17 Sentyabr 2024 “XX əsr Azərbaycan musiqi tarixinin qızıl dövrdür” - SOSİOLOQ FİKRİ