Bakıda ictimai nəqliyyatda gediş qiymətlərinin 25% bahalaşaraq, 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib.

 

Axar.az xəbər verir ki, nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət sahibləri üçün 12,67, pensiyaçılar üçünsə gedişhaqqı pulsuzdur.

2 saat müddətində təkrar istifadədə tam bilet sahibləri 12,67, 3-cü istifadədə 9,62, 4-cü istifadədə 6,08 lirə alınır.

Tələbələrdə bu rəqəm müvafiq olaraq 3,79, 3,56 və 3,04 lirədir.

Sosial kartlarda ikinci istifadədə 7,6, 3-cüdə 5,81, 4-cüdə isə 3,79 lirədir.

Mavi kartlar da var – aylıq: tam 1389, tələbə kartı 250, sosial kart isə 864 lirədir.

Metrolar, elektrik qatarları üçün də müxtəlif güzəştlər tətbiq edilir. Bu güzəştlər turistlərə aid deyil.

İqtisadçı Natiq Cəfərli bildirib ki, turistlər istisna olmaqla, Bakı sakinlərinə də fərqli model tətbiq edilə bilər:

“Birdəfəlik bilet 50 qəpik ola bilər, bu, turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, zamanla məhdudlaşdırılan biletlər də olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər. Bu model həm vətəndaşa, həm də ictimai nəqliyyat xidməti göstərənlərə sərf edir”.

04 İyul 2024 “Plastik əməliyyat günahdır”
04 İyul 2024 Kamran Əliyev İraq Ali Məhkəməsinin sədri ilə görüşdü
04 İyul 2024 “Uşaq xəstə olub...” - Əhmədin dayısı
04 İyul 2024 Xamenei azərbaycanlını prezident edir... - Şok ssenari
04 İyul 2024 Bu, Ərdoğanın Putinlə görüşünə “cavab” idi - General
04 İyul 2024 Bir türkün İranda prezident olması üçün... - Piruz Dilənçi
04 İyul 2024 Ceyhun Musaoğluya vəzifə verildi
04 İyul 2024 Bildiyiniz abidələrin - Bilinməyən tərəfləri
04 İyul 2024 Alimlər Marsda yaşaya biləcək bitkini kəşf ediblər
04 İyul 2024 Barış Manço axtarılır! – Oğlu açıqlama verdi
04 İyul 2024 Ərdoğan vasitəçi ola bilməz - Kreml
04 İyul 2024 Xəbərdarlıq: Bakını gözləyən zəlzələnin vaxtı açıqlandı
04 İyul 2024 Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı
03 İyul 2024 Məsciddə imam olmaq istəyənlərdən 9-u imtahandan kəsildi
03 İyul 2024 Əliyev: Milli valyutalarda qarşılıqlı hesablaşmalar artır
03 İyul 2024 Açıq deyirəm, Azərbaycanda baş verənlər... - Tokayev
03 İyul 2024 Siandan Bakıya yeni qatar marşrutu istifadəyə verildi
03 İyul 2024 Susda ilk körpə doğuldu - Fotolar
03 İyul 2024 "Onlar jurnalistikada pul qazanmağın yolunu tapıblar"
03 İyul 2024 Pezeşkian separatçı və pantürkistdir - Fars professor
03 İyul 2024 İrəvan Türkiyə ilə sərhədin açılmasına hazırdır
03 İyul 2024 Tualet problemini həll etdik, xaricdən təşəkkür alırıq - İran
03 İyul 2024 Toplum TV işi üzrə saxlanılanlar barədə qərar verildi
03 İyul 2024 Kobaxidze Mirzoyanla görüşdü
03 İyul 2024 İlham Əliyev Qazaxıstanda səfərdədir
03 İyul 2024 Azərbaycanda gəmi satılır - Qiyməti açıqlandı
03 İyul 2024 Bu deputatlar namizədliyini irəli sürə bilməyəcək
03 İyul 2024 Azərbaycan Hindistana başsağlığı verdi
03 İyul 2024 ABŞ-ın Bakı və İrəvan mövqeyi: Nə olursa olsun… – Badalyan
03 İyul 2024 Lukaşenko Avropanı miqrantlarla hədələdi