![]() |
![]() |
Bazarda mövsümi meyvə qiymətləri od tutub yanır.
Bəs bunun səbəbi nədir?
Xezerxeber.az xəbər verir ki, paytaxtın ən ucuz bazarlarından hesab olunan 8-ci kilometr bazarında alıcılar ötən illə müqayisədə qiymətlərin iki dəfə bahalaşdığını bildirdilər.
Alıcılar deyir ki, bazarda 2 manat, 1 manat 50 qəpikdən ucuz meyvə tapmaq müşkül məsələdir.
Satıcılar da, bu il mövsümə görə meyvələrin, xüsusilə də gilasın, vişnənin daha baha olduğunu bildirdilər. Bunu isə rayonlara dolu və yağışın düşməsiylə əlaqələndirdilər.
Dedilər ki, ötən il kilosu 2 manata satılan vişnənin kilosu indi 4 manata təklif olunur.
Hazırda bazarda ən ucuz tərəvəzlər təklif olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.