Son xəbərlər

 

“Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür.

Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalaraq min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin düşmüş, kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılmışdır.

31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.

Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, 1918-ci ildə erməni quldur dəstələri Bakıda insanlara qarşı vəhşi amansızlıq etdikləri kimi, mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıtmış, məscidləri yandırmış, yerlə yeksan etmişlər: “Təkcə XX əsrin əvvəllərində ermənilərin Bakıda, Şamaxı, Quba şəhəri, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və digər bölgələrimizdə xalqımıza qarşı həyata keçirdiyi soyqırım aktları nəticəsində bu ərazilərdə on minlərlə dinc əhali - qadın, uşaq, qoca yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirilmiş, yaşayış yerləri talan edilərək viran qoyulmuş, xalqımızın milli mədəniyyət abidələri, məscidlər dağıdılmış və yandırılmışdır.

O dövrdə ermənilər Azərbaycanın qədim paytaxtı olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törətmişlər. Şamaxının müsəlmanlar yaşayan hissəsinə od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq - Cümə məscidi yandırılmışdır.

Bu soyqırım eyni ssenari üzrə Qubada və digər bölgələrəmizdə də amansızcasına törədilmişdir. Bu hadisələr bir daha ermənilərin necə bir vəhşi və qəddar xalq olduqlarını göstərir.

Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.

Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi”.

 

Deputat bildirib ki, 1988-ci ildə ermənilər SSRİ-nin zəifləməsindən istifadə edərək yeni ərazi iddiaları ilə çıxış etməyə başladılar: “Ermənistanda yaşayan bütün azərbaycanlıları deportasiya etdilər. Sonrakı dövrlərdə Dağlıq Qarabağı və ətraf rayonları işğal etdilər.

Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan həqiqətlərinin dünyada təbliği, erməni vəhşiliyinin ifşa olunması istiqamətində ciddi addımlar atıldı. Onun xəritə qarşısında əlində çubuqla Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olmasını göstərməsi mənzərəsini çoxumuz yaxşı xatırlayırıq.

Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir.

Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“-nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl Erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.

Bu gün yeni soyqırımların baş verməməsi üçün insanlarımız arasında birlik və həmrəyliyin olması, tarixdə baş verənləri unutmamaq xüsusi önəm daşıyır”.

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ