Son xəbərlər

 
Brüsseldə Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsinə hazırlıq gedir. Əlbəttə, Bakı bundan narahatdır. Səbəb də aydındır, Ermənistan sülhə gəlmək istəmir və revanş axtarışındadır. Qərb isə artıq gizli oyunlara son verib, açıq kartla oynayır. Əgər əvvəllər Ermənistana gizli şəkildə dəstək verirdilərsə, bu gün bu, açıq tekstlə ifadə olunur. Ermənistana maliyyə yardımı ayrılır, işğalçı ölkə müxtəlif üsul və yollarla silahlandırılır, üstəgəl masada baş tutan danışıqlarda açıq ermənipərəst mövqe tuturlar. 5 aprel görüşü Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür rəsmi İrəvanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nın Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər. Bu halda Aİ və ABŞ Ermənistanın sabitliyini pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

Ermənistanla NATO-nun “nikah”ına hazırlıq gedir və bu, Azərbaycan üzərində anti-Rusiya cəbhəsinin formalaşdırılmasıdır. Azərbaycan bölgədə nələrin baş verdiyini açıq və dəqiq göstərir. Avropanın qondarma “müşahidə missiyası”nın əvvəl dedikləri ilə sonrakı mövqeyi bir-birinin ziddinədir. Məqsədlərini yavaş-yavaş ortaya qoyur və missiyanın tərkibinə əl gəzdirir, keçmiş hərbçilərin sayını artırır. Prosesin davamı onu deməyə əsas verir ki, əslində yeni savaşa hazırlıq gedir. İlk baxışda bütün bunların Azərbaycana yox, Rusiyaya qarşı olduğu görüntüsü var, amma planın növbəti səhifəsində Azərbaycanın olması narahatedicidir. Qərb düşünür ki, Cənubi Qafqazda qurduğu oyunda Azərbaycandan da istifadə edə biləcək. Söhbət Rusiyaya qarşı açılacaq Cənubi Qafqaz cəbhəsindən gedir. Amma Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ilk günündən Azərbaycanın tutduğu mövqe hamıya məlumdur, bu isə Qərbin planlarını alt-üst edir. Ukrayna müharibəsinə münasibət barədə dövlətimizin başçısı səviyyəsində reaksiya verilib və hər kəs bunu bilir.

Bütün bunlarla paralel şəkildə ingilisdilli mediada erməni yazarları Azərbaycan-Rusiya ittifaqı kontekstində ciddi iş aparırlar. Tezislərdən biri Azərbaycanın yaxın zamanlarda Ermənistana hücum edəcəyidir. Birgə konfransda müzakirəyə çıxarılan mövzu da budur. İkinci tezis isə Rusiya və Azərbaycanın nə edəcəyidir. Azərbaycanın 8 kənd məsələsi üzərində mövqeyi məlumdur. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar açıqlamasında deyib ki, Azərbaycan mediasının dili Ermənistan əleyhinə təhdid dilidir. Belə bir prosesdə rəsmi Bakı da öz mövqeyini ortaya qoyub, məlum konfransa mənfi münasibət bəsləyəcək. Düşünürük ki, bu cür yanaşma sərhəddə toqquşmalara səbəb ola bilər.

Dövlət Departamenti görüş barədə

Vaşinqton Azərbaycanın aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin Brüsseldə görüşünün gərginliyə səbəb ola biləcəyi ilə bağlı bəyanatları ilə razılaşmır. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib. “Açığı, mən bu şərhlərlə razılaşmaram. Bu görüşün diqqət mərkəzində Ermənistana ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyacları ödəməyə kömək edəcək iqtisadi davamlılıqdır. Bunun nə üçün artacağını və ya dünyanın hər hansı bir ölkəsində narahatlıq doğuracağını başa düşmürəm" deyə Miller bildirib. Üçtərəfli formatın yaradılması qərarının nəyə əsaslandığı və bunun Ermənistanın Rusiyadan uzaqlaşmaq qərarı ilə bağlı olub-olmaması ilə bağlı suala Miller şərh verməyib.

Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan yüksək səviyyəli görüş Ermənistan-Aİ-ABŞ əməkdaşlığının gücləndirilməsinə həsr olunacaq və heç bir üçüncü tərəfə qarşı yönəldilməyib və ola da bilməz. Bunu isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. Əlavə edib ki, bu görüş Ermənistan-Aİ-ABŞ əməkdaşlığının gücləndirilməsinə həsr olunacaq, heç bir üçüncü tərəfə qarşı yönəldilə bilməz.

XİN rəsmisi əvvəlki yalanlarını davam etdirərək: “Azərbaycanın regionda sabitliyi pozmaqda və Ermənistan tərəfinin danışıqlar prosesində qeyri-konstruktiv davranmaqda ittiham etməsinə gəlincə, bir daha təsdiq edim ki, Ermənistan dərhal sülh müqaviləsini imzalamağa, sərhədlərin delimitasiyasına və regional kommunikasiyaların açılmasına hazırdır və Azərbaycanla artıq razılaşdırılıb. Nəzərinizə çatdırım ki, söhbət aşağıdakı üç prinsipdən gedir. Birincisi, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyır. İkincisi, iki ölkə arasında delimitasiya və demarkasiya işləri Alma-Ata Bəyannaməsi əsasında aparılır. Üçüncüsü, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında ölkələrin suverenliyinə və yurisdiksiyasına hörmətlə yanaşaraq regional kommunikasiyaların açılması”.

Təəssüf ki, Ermənistan tərəfi müxtəlif süni bəhanələrlə prosesi uzadır, daha doğrusu ağalarından aldığı əmrə əsasən sülhü əngəlləyir. Azərbaycan məsələni ikitərəfli danışıqlar vasitəsilə həll etməyə çalışır, üçüncü ölkələrin vasitəçilik təkliflərini bir kənara qoyur, çünki bu platformanın effektiv olmadığı hər kəsə bəllidir. ATƏT-in keçmiş Minsk qrupu da gərəksiz bir platform kimi tarixə düşüb. Həmçinin Azərbaycan sülh danışıqlarına əngəl olan Ermənistanı regional layihələrdən də kənarda qoyub, bunun bariz nümunəsi Ermənistanın Qara dəniz sualtı elektrik kabelinin çəkilməsində iştirakına mane olmasıdır.

 

Bəs aprelin 5-də keçiriləcək Ermənistan-ABŞ-Aİ yüksək səviyyəli görüşündən erməni tərəfinin gözləntiləri nədən ibarətdir? Rəsmi İrəvan görüşün Ermənistan-ABŞ, Ermənistan-Aİ ikitərəfli gündəmlərini, eləcə də Ermənistan-ABŞ-Aİ münasibətləri ilə bağlı məsələləri müzakirə etmək üçün dəyərli fürsət olduğunu deyir və əlavə edir ki, yüksək səviyyəli görüş mövcud münasibətləri inkişaf etdirmək və dərinləşdirmək məqsədi daşıyır və üçüncü ölkələrlə bağlı deyil.

Sergey Panteleyev: "NATO bölgəyə gəlsə…”

Rusiyalı siyasətçi Sergey Panteleyev qeyd edib ki, Ermənistan və bu region Rusiya üçün prinsipial əhəmiyyət kəsb edir və Rusiya Federasiyası Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəmir. “Ukrayna ilə bağlı problem ona görə yaranıb ki, Rusiya uzun müddətdir ki, qırmızı xətlərini müəyyənləşdirirdi, lakin nə Ukrayna rəhbərliyi, nə də ki, Ukrayna rəhbərliyinin siyasətini müəyyən edənlər bunu başa düşmədilər. Əvvəla, bu, Amerika və onun müttəfiqləridir. Rusiya göstərdi ki, o, hələ də dərk edilməsi çətin olan çox çətin qərarlar qəbul etməyə qadirdir. İndi qarşıdurmanın intensivləşməsi müşahidə olunur və Qərb hələ də hərbi yolla qalib gələ biləcəyinə ümid edir. Ermənistan və bu region bizim üçün prinsipial əhəmiyyət kəsb edir, lakin biz Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəməzdik. Eyni zamanda, təbii ki, biz başa düşürük ki, İran da var, onun da regionla bağlı öz planları var. Başa düşürük ki, Rusiya və KTMT getsə və dünya bildiyimiz kimi boşluğa dözməsə, kimsə bu boşluğu doldurmaq istəyəcək. Bir təsəvvür edək, NATO gəlsə, alyansı kimin qoşunları təmsil edəcək? Burada bəziləri düşünür ki, bu, ya Fransa, ya da ABŞ olacaq, amma bu, belə deyil, Türkiyə olacaq. Və bu vəziyyət necə ola bilərdi? Rusiya bunu çox gözəl anlayır, regiondan çıxmaq istəmir və getmək niyyətində deyil. Söhbət bu gün də Ukrayna istiqamətində hər cür müxtəlif bəyanatlar verən Fransadan gedir”.

Avropa, yeri gəlmişkən, uzun müddətdir ki, kifayət qədər qeyri-stabil Ukraynaya müxtəlif vədlər verir. Onlar hələ də çoxsaylı vədlər sxemi ilə işləyirlər, NATO və Avropa Birliyinə qəbulla bağlı Ukraynanı hər gün ümidləndirirlər. Gəlin başqa nümunələrə baxaq, əgər orada işləmirsə, niyə burada işləyəcək? Bu sxem təxminən eyni şəkildə işləyəcək ki, bu da ermənilər üçün açıq-aydın əlverişsizdir.

Rusiya Xarici İşlər Nazirliyi aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenin görüşü ilə bağlı narahatlığını bildirib. Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onların məqsədi Qərbin son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha da tanıtmaq, orada yeni bölücü xətlər yaratmaq və ölkələri bu prosesə məcbur etməkdir. Bölgə anti-Rusiya gündəmini təqib edəcək.

“Belə hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib. Zaxarova Moskvanın İrəvan, Vaşinqton və Brüsselin narahatlığına reaksiyasını “saxta” hesab edir. O əlavə edib ki, Qərb ölkələri bütün dünyanın gözü qarşısında Ermənistanı öz təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirir. “Rəsmi İrəvanın nədən söhbət getdiyini başa düşmədiyini iddia etməsi böyük sualdır. Axı Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir”, o qeyd edib.

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi görüş planlarını şərh edərək, Aİ və ABŞ-ı Cənubi Qafqaz regionunda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırıb.

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ