Son xəbərlər

 

“Novruz bayramının ən gözəl atributlarından biri olan səməni təbiətin oyanışını simgələyir. Fikrimcə, səməni torpağın üzərinə qoyulmalı, ruzi-bərəkət istənilərək niyyət edilib göyərdilməlidir. Bəzi yerlərdə isə səmənini sadəcə buğdanın üzərində göyərdirlər. Hər iki hal da ilk çərşənbədə suyun oyanışı ilə başlanır. Su çərşənbəsində buğdanı suya qoyuruq, arzu və niyyətimizi edirik. Əgər buğda düzgün bir şəkildə cücərərsə, deməli arzularımız növbəti ildə çin olacaq. Səməni ruzi-bərəkət simvolu olduğu üçün onu hər zaman xonçanın mərkəzinə yerləşdiririk”. Bu sözləri SİA-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, Novruz bayramından sonra səməni torpağa ötürülür: “Bu da müqəddəs olan çörəyə böyük hörmətin simgəsidir. Çünki biz səmənini hara gəldi ata bilmərik. Türk mədəniyyətində bolluq rəmzi sayılan çörək heç vaxt ayaq altına və ya digər lazımsız yerlərə atılmır. Bəzi bölgələrimizdə isə səməni bayramdan 13 gün sonra axar suya buraxılır. Əgər biz səmənini su çərşənbəsində göyərməyə qoyuruqsa, sonda da suya buraxaraq ona inamı daha da möhkəmləndiririk. Səmənini suya ataraq insanlar arzu-niyyətlərinin su üzərində çin olacağına inanırlar. Səmənini heç vaxt lal suya atmaq olmaz. Bu zaman edilən niyyətin gerçəkləşməyəcəyinə inanılır”.

“Bununla bağlı başqa bir maraqlı adət də var. Əgər səmənini suya atarkən tutulan arzu gerçək olursa, həmin insan növbəti ildə hər hansı bir şirniyyat növündən hazırlayaraq səməni atma mərasimində axar su başına toplanan insanlara paylayır. Bu inanclara sahib olan xalq adət-ənənələri bu gün də davam etdirir. İnanırıq ki, bu inanclar gələcəkdə də davam edəcək”,- deyə o əlavə edib.

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ