Son xəbərlər

 
"Ermənistanı yaxın vaxtlarda çox yaxşı perspektivlər və sürətli inkişaf gözləyir. Sadəcə, iki layihədən bəhs etmək istəyirəm. Britaniya Ermənistanda 12 böyük su anbarı inşa etmək niyyətindədir. Bu layihəyə britaniyalılar Azərbaycanın neft-qaz sektoruna yatırdıqları pullardan çox sərmayə yatıracaqlar. Su anbarları istifadəyə veriləndən sonra Ermənistan bütün Yaxın Şərqi içməli su ilə təmin edəcək. Layihənin dəyəri 6,4 milyard dollardır".

Ermənistan Respublika Partiyasının sədri Aram Sarqsyanın dediyinə görə, ikinci layihə Britaniyanın "British Airways" aviaşirkətinin London-Mumbay aviamarşrutunda İrəvanı qovşaq etmək istəyidir: "Söhbət İrəvan hava limanında ildə 60 milyon sərnişinə xidmətdən gedir. 60 milyon insan, ümumiyyətlə, Ermənistanda istehsal edilən bütün kənd təsərrüfatı məhsullarını alacaqlar".

İllüziya və xəstə təxəyyül məhsulu sayıla biləcək bu sözləri orta statistik, həmişəki kimi, xəyallar aləmində və uydurma reallıqda qalan erməni yox, Ermənistanın baş naziri Nikol Paşinyanın ən yaxın tərəfdaşlarından biri deyib.

"Bütün Yaxın Şərqi içməli su ilə təmin etmək" və ya "60 milyon turistə kənd təsərrüfatı məhsulları satmaq" kimi absurd fikirlər normal cəmiyyətdə məsxərəyə qoyulardı - Ermənistandan savayı.

Erməni cəmiyyəti indi istənilən sərsəm açıqlamaya inanmağa hazırdır: təki "dünyanın ilk xristian dövlətinin, dünyadakı kəşf və ixtiraların tam əksəriyyətinin müəllifi olan xalqın yaşadığı ölkənin insanlarının parlaq gələcəyi"ndən bəhs etsin.

Həmin parlaq gələcəyin ən yaxın vaxtlarda reallığa çevriləcəyini N.Paşinyan və komandası intensiv təbliğat kampaniyasının əsas elementinə çevirib.

Vəd olunan utopiyada Ermənistan sürətlə Avropa İttifaqına üzv qəbul olunur, daha sonra eyni sürətlə NATO üzvü olur, erməni ordusu sürətlə silahlanır və bölgənin ən qüdrətli silahlı qüvvələrinə çevrilir, dünyanın əksər ölkələri məhz Ermənistan vasitəsilə ticari marşrutlar qururlar, İrəvan yeni Sinqapura dönür və s.

İrəvandakı hakimiyyət elitalarının cəmiyyətə ünvanladığı narrativlər arasında Avropa İttifaqı və NATO məqamları üstünlük təşkil etsə də, əsas yeri Fransa ilə əlaqələr tutur.

Paşinyanın təbliğat maşını erməniləri inandırmağa çalışır ki, ölkənin və cəmiyyətin bundan sonra üzləşəcəyi risklərlə çağırışların hamısının qarşısını Parislə maksimal dərəcədə sıx əlaqələr vasitəsilə almaq olar.

Ermənistanın hamisi və əsas tərəfdaşı statusunda Rusiyadan imtina etməklə Fransanı seçməyin "optimal və ən dürüst variant" olduğunu fasiləsiz bəyan edən rəsmi İrəvan, əslində, onu gözləyən problemlərin dərinliyi ilə ağırlığını hələ də təxmin edə bilmir.

Avropa İttifaqına meyillənmənin Cənubi Qafqaz regionunda ermənilərə nələr vəd etdiyini dəqiq formalaşdıraraq, cəmiyyətə izah edə bilməyən Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesdə də süni əngəllərlə gecikdirmələrə əl atır.

Son misal 32 ildən bəri Ermənistanın işğalında qalan 8 kəndimizin azad edilməsi ilə bağlıdır. Qazax rayonunun anklav olmayan 4 kəndinin Bakıya qaytarılması ilə bağlı danışıqlar prosesində nəzərəçarpacaq irəliləyişlərin əldə edilməməsi də bilavasitə İrəvanın illüziyalarla reallığı ayrıd edə bilməməsindən qaynaqlanır.

Xatırladaq ki, hələ 90-cı illərin əvvəllərində ermənilər Azərbaycan ərazisində yeddi kəndi işğal edib. Onlardan 4-ü - Bğanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılağaclı bilavasitə Qazax rayonu ərazisindədir.

Daha üç kənd - Yuxarı Əskipara, Sofulu və Bərhudarlı Ermənistan əraziləri ilə əhatə olunmuş anklavlardır. Daha bir anklav Ermənistanın Naxçıvanla sərhədində yerləşən Kərki kəndidir.

Nikol Paşinyan bəyan edib ki, "Ermənistan Azərbaycanla müharibəyə yol verməməlidir, buna görə "sərhədləri düzəltmək" lazımdır": Onun sözlərinə görə, "Tavuş rayonunda Bağanis kəndindən Tavuş vilayətinin Berkaber kəndinə qədər sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var".

Fəqət, İrəvan sözdə danışıqlarda maraqlı olduğunu desə də, Fransadan alınan təlimatlar əsasında davranaraq, prosesi uzadır və süni əngəlləri sıralayır.

Ordusunu sürətlə silahlandıraraq, bərpa etməkdə qərarlı olan İrəvan bu işdə birmənalı olaraq Fransaya arxalansa da, son vaxtlar Britaniyanın da adı çəkilir.

Erməni siyasətçilərin, məmurların və hətta bloqerlərin iddialarına görə, sən demə, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan tərk edərsə, Fransa və Britaniya "mümkün risklərin qarşısını almaq üçün Ermənistanla hərbi-texniki əməkdaşlığı dəfələrlə sürələndirərək, İrəvanın zəruri ehtiyaclarını təmin edəcəklər".

Halbuki Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi İrəvana sadəcə, vəd verdi: silah və hərbi texnikanın tədarükündən söhbət belə gedə bilməz. Rəsmi London erməni revanşistlərin Azərbaycana qarşı planlarını dəstəkləməyib, belə niyyəti də yoxdur.

Ermənistan iqtisadiyyatına Britaniyanın "milyardlarla dollar investisiya yatırmağa hazır olması" barədə absurd iddialara gəldikdə, ötən ilin nəticələrinə görə, sərmayə yatırımı sahəsində ilk üç yeri Birləşmiş Ərəb Əmirlikləri, Lüksemburq və Rusiya tutublar.

BƏƏ-nin Ermənistan iqtisadiyyatına investisiyalarının toplam həcmi 280 milyon dolları keçməyib və bu pullar bütünlüklə Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışan Rusiya şirkətlərinin BƏƏ-də qeydiyyatdan keçmiş törəmələrinin Ermənistanda yaratdıqları bölmələrdir. Sözügedən əməliyyatların məqsədi isə Rusiyaya ixracı yasaqlanmış mal, məhsul və texnikanın BƏƏ-dən Ermənistana, oradan da Rusiyaya daşınmasının təşkilidir.

Ermənistan iqtisadiyyatında kapital qoyuluşları üçün azad vəsait və layihələr də yoxdur. İrəvanın yeganə çıxış yolu qonşu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, ölkəyə sərmayə axınına nail olmaqdır.

Ən nəhayət, Ermənistana total dəstəyini bəyan etmiş Fransadan fərqli olaraq, ABŞ, Britaniya, Avropa İttifaqı və NATO İrəvanın idefikslərini təqdir etmək niyyətində deyil.

Daha konkret olsaq, Brüssel-London-Vaşinqton triadası Rusiya ilə əlaqələri minimuma endirəcəyi təqdirdə, Ermənistanın təhlükəsizliyinin Qərb tərəfindən tam təmin olunacağını vəd etmirlər.

Amerikalılar açıq şəkildə Nikol Paşinyana bildiriblər ki, Rusiya və İranla sıx əlaqələrə malik, üstəlik, Tehranı özünə strateji tərəfdaş və müttəfiq elan etmiş Ermənistana birbaşa yardımlar edilməyəcək.

Vaşinqton və London erməniləri binar seçim qarşısında qoymaq, "ya Qərblə birlikdə, ya da heç nə" tələbini irəli sürmək niyyətində deyil.

Əksinə, Qərb Ermənistandan regional əməkdaşlığı və tərəfdaşlığı inkişaf etdirmək istəyir.

Həmin əməkdaşlığın reallaşma şərtləri arasında isə Bakı və Ankara ilə münasibətlərin normallaşması əsas yerlərdən birini tutur.

Ostap Bender kimi davranan Nikol Paşinyan bunu nə qədər tez anlarsa, ermənilər üçün bir o qədər yaxşıdır.

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ