Son xəbərlər

 

"Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərdən biri də ölkənin milli mənafelərindən çıxış edərək, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Təbii ki, bu baxımdan Azərbaycan üçün qardaş Türkiyənin də üzv olduğu və haqlı olaraq dünyanın ən güclü hərbi təşkilatı hesab edilən Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə tərəfdaşlıq münasibətləri mühüm əhəmiyyət kəsb edir". Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputatın fikrincə, martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqin ölkəmizə rəsmi səfəri çərçivəsində müzakirə olunan məsələlərin aktuallığı və əhatəliliyi bunu deməyə əsas verir ki, təşkilat özü də Azərbaycanla əlaqələrin genişləndirilməsində və inkişafında son dərəcə maraqlıdır. " Azərbaycan özünün silahlı qüvvələrinin məhdud kontingenti ilə NATO-nun rəhbərliyi ilə müxtəlif ölkələrdə keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında təmsil olunmaqla təkcə iqtisadi deyil, həmçinin hərbi sahədə də etibarlı tərəfdaş olduğunu sübut edib. Ölkəmiz 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarında, 2003-cü ildən 2008-ci ilədək İraqın Beynəlxalq Koalisiya Qüvvələri daxilində sülhməramlı missiyada və 2002-ci ildən 2021-ci ilə qədər Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlarda iştirak edib. Bu missiyaların gedişində Azərbaycan hərbçiləri olduqları ölkələrdə hava limanı, televiziya qülləsi, sursat anbarı kimi mühüm strateji obyektlərin mühafizəsini uğurla həyata keçiriblər. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunduğu kimi, 30 ildən artıq davam edən Azərbaycan-NATO tərəfdaşlığını birmənalı olaraq müsbət qiymətləndirə bilərik."

Fikirlərini davam etdirən K.Qafarov  Azərbaycanın Ermənistanla sülh sazişinin imzalanması təşəbbüsünün NATO  Baş katibi tərəfindən dəstəkləndiyini diqqət mərkəzinə çəkib və bunun əhəmiyyətli məqam olduğunu vurğulayıb: "Öz çıxışında dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, bütün  nüfuzlu beynəlxalq təşkilatlarla olduğu kimi, NATO ilə də uzun illər davam edən müzakirələrin gedişində Azərbaycan hər zaman suveren torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışıb. Lakin təəssüflər olsun ki, işğal dövründə aparılan danışıqlar heç bir nəticə vermədi. O cümlədən, 28 il ərzində ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticəsiz qaldı. Artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə apardığı İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Azərbaycan öz ərazisi üzərində tam suverenliyini bərpa etməklə, uzun sürən münaqişələrin necə həll edilə biləcəyinə dair nümunə yaratmış oldu. Məhz bu Qələbələrin nəticəsi olaraq, bu gün Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa heç vaxt olmadıqları qədər yaxındırlar. Yeri gəlmişkən, öz çıxışında NATO-nun Baş katibi də uzun illərin münaqişəsindən sonra Ermənistan ilə Azərbaycan arasında hazırda davamlı sülhə nail olmaq imkanı olduğunu təsdiq etdi və sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağımızla bağlı dövlət başçımızın sözlərini yüksək qiymətləndirdiyini vurğuladı. Bütün bunlar bir daha təsdiq edir ki, Şimali Atlantika Alyansı obyektiv olaraq Azərbaycanın haqlı tərəf olduğunu və torpaqlarının işğalına son qoymaq, eləcə də özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək məqsədilə həyata keçirdiyi tədbirlərlə beynəlxalq hüququ pozmadığını qəbul edir".

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ