Son xəbərlər

 

"Azərbaycanla Qazaxıstanı ortaq dil, mədəniyyət, tarix və digər bu kimi amillərlə yanaşı, həm də Türk Dünyasının, bütövlükdə isə Avrasiyanın gələcəyinə ortaq baxış bucağı birləşdirir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, bu baxımdan, Azərbaycan-Qazaxıstan münasibətlərinin qısa zaman kəsiyində strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə yüksəldilməsi, iki ölkə arasında bütün sahələr üzrə münasibətlərin dərinləşməsinə xidmət edən 150-yə yaxın sənədin imzalanması, nəqliyyat-kommunikasiya, enerji sektoru və digər sahələr üzrə əlaqələrin getdikcə daha da dərinləşməsi təsadüfi deyil: "Azərbaycan-Qazaxıstan münasibətlərində nəzərə çarpan ən önəmli məqamlardan biri də iki ölkə arasında daha öncə imzalanmış sənədlərdən irəli gələn vəzifələrin sürətlə həyata keçirilməsidir. İki ölkə arasındakı əlaqələrin inkişafı “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması baxımından da mühüm əhəmiyyətə malikdir və hər iki ölkənin beynəlxalq nəqliyyat marşrutlarının diversifikasiyası istiqamətdə həyata keçirdikləri siyasət, mahiyyət etibarilə bir-birini tamamlayır, qarşılıqlı və regional əməkdaşlığın inkişafı üçün yeni prioritetlər müəyyənləşdirir.

Azərbaycan Qazaxıstan üçün Avropaya, Qazaxıstan isə ölkəmiz üçün Mərkəzi Asiyaya açılan qapıdır. Hər iki ölkə Avrasiyanın iki mühüm, geostrateji əhəmiyyət daşıyan regionu arasında körpü funksiyasını yerinə yetirirlər və məhz bu baxımdan da Azərbaycan-Qazaxıstan münasibətlərinin səviyyəsi, həm də Cənubi Qafqaz-Mərkəzi Asiya regionlarında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına, davamlı təhlükəsizliyin təmin olunmasına, sabitliyin qorunmasına mühüm təsir göstərən amil kimi qiymətləndirilməlidir".

Onun sözlərinə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində mətbuat üçün bəyanatında bir daha ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsinə diqqət çəkməsi, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə etdiyini vurğulaması, Qazaxıstan xalqının bundan böyük sevinc hissi keçirdiyini bildirməsi, xalqlarımız və dövlətlərimiz arasındakı dostluq, qardaşlıq bağlarının nə qədər möhkəm olduğunun göstəricisidir: "Prezident Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərin hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən strateji sahələri əhatə etməsi, qarşılıqlı münasibətlərin davamlı və intensiv şəkildə inkişafı üçün yüksək siyasi iradə nümayiş etdirildiyindən xəbər verir.

Bu xüsusda Qazaxıstan neftinin alqı-satqısı sahəsində strateji əməkdaşlıq haqqında Memorandumun və Qazaxıstan neftinin Azərbaycan Respublikası ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında Sazişin imzalanmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmək istəyirəm. Bu, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa neft kəmərlərinin tranzit potensialının artırılması, eləcə də enerji mənbələrinin və marşrutlarının diversifikasiyası baxımından hər iki ölkə üçün böyük önəm kəsb edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Qazaxıstan münasibətlərinin dinamikası dövlət başçılarının qarşılıqlı səfərlərinin xronologiyasından da aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti Qazaxıstana dörd dəfə səfər edib, Qazaxıstan Prezidenti isə bu dövr ərzində üç dəfə ölkəmizə gəlib. Qənaətimə görə, iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin ən bariz göstəricisi dövlət başçılarının qarşılıqlı səfərləri və münasibətləridir. Şübhəsiz ki, Qazaxıstan Prezidentinin ölkəmizə budəfəki səfəri, ölkələrimiz arasındakı münasibətlərin dinamikasını daha da artıracaq".

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ