Məsələ ilə bağlı SİA-ya açıqlamasında Azad Vətən Partiyasının Siyasi Şurasının sədri Novruz Novruzov bunları deyib: “Həbsxanaların doldurulması ilə bağlı faktı hardan alırlar, bilinmir, ancaq bilinən odur ki, demokratiya pərdəsi altında min oyundan çıxanlar barədə görülən tədbirlər demokratiyaya zidd ola bilməz. Yəqin ki, son dövrlər özlərini demokratiya fədaisi sayan bəzi şəxslərin saxlanılması nəzərdə tutulur. Hələ ki, onlar haqda müfəssəl tədqiqat aparılmayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları müəyyən proseslərdən sonra həqiqət haqda məlumat verəcək: “Amma bir fakt məlumdur ki, adətən bu tip şəxslər xaricdən maliyyələşirlər. Bu isə qanuna ziddir. Qanun pozuntusu olan yerdə müvafiq tədbirlər görülməlidir. Qarşıdan gələn demokratiya dalğasına gəldikdə isə demokratiya dalğalarla gələndə yox, tədricən inkişaf edəndə səmərəli olur. Çünki, “hayla gələnlər, huyla gedirlər”. Bu aforuzmi həyat minilliklər boyu sübut edib”.