Onun sözlərinə görə, Dövlət Bayrağı Günündə qiymətlərdə heç bir dəyişiklik olmur: "Yaxud da Qurtuluş Günündə heç bir bahalaşma olmur. Əsas məsələ nədir? Bu cür milli, əhalinin təntənəli qeyd etdiyi bayramlarda tələbat artır. Hamı eyni vaxtda eyni məhsulu, daha çox almağa başlayır.
Azərbaycanda hamı eyni vaxtda şəkərburanı yalnız Novruz bayramında bişirir. Buna görə də həmin məhsullara tələbat yüksəlir. Tələbat yüksələndə də təklif də kifayət qədər statik, stabil olduğuna görə qiymətlərin bahalaşması tam normalda bazar iqtisadiyyatının əsas fundamental qanunu olan tələb və təklif qanununa uyğun olaraq qiymətlər artır. Kimsə bu qiymətlərin artmasından əziyyət çəkmək istəmirsə, əvvəlcədən öz ehtiyatını tuta bilər. Çünki bunların hamısı proqnozlaşdırılan məsələlərdir. Novruzda çərəzin qiymətinin qalxacağı, bayram ərəfəsində ətin qiymətinin qalxacağını əvvəlcədən proqnozlaşdırmaq mümkündür. Həmişə belə olub. Dədə-babadan həmişə həmin məhsul olmayacaq, yaxud da baha olacaq deyə, yaydan qışa ehtiyat görüblər. Bahalaşmadan əziyyət çəkmək istəməyənlər əvvəldən ehtiyatlarını görməlidirlər".