Son xəbərlər

 

"Biz Qarabağ məsələsini 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində həll etdik. Ermənistanın Azərbaycan ərazisində olan separatçı rejimi məhv edildi və silahlı dəstələr rədd olub getdilər. Qarabağda olan qondarma rejimin rəhbərləri təhlükəsizlik orqanları tərəfindən həbs edilərək Bakıya gətirildilər. Vaxtilə Azərbaycanı təhdid edən, Gəncəni raket atəşinə tutacaqlarını deyən separatçılar törətdikləri cinayətlərə görə layiqli cəzalarını alacaqlar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.


Onun sözlərinə görə, müharibə və antiterror tədbirləri dövründə separatçı rejimə rəhbərlik edən Samvel Şahramanyan Yevlaxa gələrək Azərbaycanla danışıqlar apardı: "Daha sonra öz fikirlərinə görə, ermənilərin Qarabağda qalmasını mümkün hesab etmədilər və əhaliyə bu ərazini tərk etmək lazım olduğunu bildirdilər. Bundan sonra Şahramanyan Ermənistana getməyə dəfələrlə cəhd etsə də, Paşinyan onu qəbul etmədi. Lakin hər halda bugünkü gündə də onlar gizli əlaqə saxlayırlar. Ona görə də onlar Qarabağ ermənilərini, "Artsax" məsələsini dirçəltmək istəyirlər. Amma hələ heç vaxt qəbirə gedən ölü dirilməyib".

Politoloq sözlərinə davam edərək bildirib ki, ermənilərin bu addımları əbəsdir: "Təbii ki, onların belə hərəkətləri sülh danışıqlarına ziyan vurur. Onsuzda Paşinyanın etdiyi hərəkətlərin əksəriyyəti belədir. O, heç vaxt dediyi sözlərin arxasında dayanmır. Amma Azərbaycan nə deyibsə, onu da edəcək. Biz Qarabağdan köçən erməniləri zorla qovmamışıq. Yenidən qayıdıb Qarabağda yaşamaq istəyənlər üçün şərait də yaratdıq. Amma bugünədək Qarabağdan köçüb gedən ermənilərdən hələki Azərbaycan vətəndaşlığını qəbul edib geri qayıtmaq istəyən yoxdur. Bu, onların öz işidir. Lakin İrəvanda bizə qarşı müəyyən addımların atılması və buna Qərb dövlətlərinin diplomatlarının da cəıb edilməsi onların gələcəyə planlaşdırılan təxribatlarıdır. Tam əminliklə deyə bilərəm ki, onların bu təxribatları baş tutmayacaq. Çünki Qarabağ Azərbaycandır. Biz bu gün Qarabağda qurub yaratmaqla məşğuluq. Ermənistanın bu niyyəti də öz başında çatlayacaq".

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ