Onun sözlərinə görə, kimlərin bazarda qalacağını, kimlərin gedəcəyini rəqabət müəyyənləşdirməlidir: "Ona görə də deyilən yanaşmada yanlışlıq var. Belə yanaşma rəsmi qurumların paytaxtda taksilərin sayının azalmasında maraqlı olduqlarının göstəricisidir. Hökumət həm də bu xidmətin qanunun imkan verdiyi şəkildə həyata keçməsində maraqlıdır. Lakin taksilərin sayını azaltmaq istəyən hökumət əvəzində alternativlər də təklif etməlidir”.