Son xəbərlər

 

Bu gün Azərbaycanla Türkiyənin münasibətləri ən yüksək zirvədədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri bu reallığı bir daha təsdiqlədi.

Səfər zamanı Şuşada tarixi anlar yaşandı. Belə ki, qədim şəhərimiz olan Şuşada iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublıikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.

Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilən Şuşa Bəyannaməsi tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu belə olacaq.

Geosiyasi əhəmiyyətə malik olan birgə nəqliyyat layihələrinə  gəlincə, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə bütün ölkələrin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Həmçinin, müttəfiqliyimizin əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran amillərdən biri də hərbi sənaye sahəsindəki əməkdaşlıq olacaq. Bildiyimiz kimi, 44 günlük müharibədə pilotsuz uçuş aparatları böyük rol oynamışdır. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Diplomatik münasibətlərin yeni səviyyəsinə gəlincə, Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, Bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.

Rahab Əhmədov,

YAP Salyan rayon təşkilatının 1 saylı ərazi partiya təşkilatının sədri                                                                                                                                                                                                              Gununxeberi.az 

 

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ