Son xəbərlər

 
Göygöl Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 01 aprel 2008-ci il tarixdə imzaladığı Sərəncam əsasında yaradılmışdır və bu parkın ərazisi təqribən 6739 hektar sahəni əhatə edir. Bundan əlavə, bu park Göygöl Dövlət Təbiət Qoruğunun bazasında, həmçinin ona bitişik meşə və dövlət torpaqlarının ərazisində yerləşir. Parkın heyvanlar aləmi bir çox vəhşi məməli və quş növlərindən ibarətdir ki, bunlardan nəcib Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik və s. göstərmək olar. Göygöl Milli Parkının əsas hissəsi zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100–2200 m hündürlükləri əhatə edən dağ meşələri çox zəngin bitki örtüklü olub, 80-a qədər ağac və kol növünə malikdir. Meşələrin əsas hissəsini kiçik yarpaq ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, itiyarpaqlı ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan qarmaqvari şam təşkil edir. Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, steven zəncirotu, xırdaçiçəkli ziboldiya, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və göstərmək olar.

Bəli, bütün bunlar onu göstərir ki, Göygöl Milli Parkı ölkəmiz üçün olduqca əhəmiyyətə malik olan parklardan biridir. Buna baxmayaraq, hazırda bu parkın ərazisindən şəxsi məqsədləri üçün istifadə edən elə şəxslər var ki, onların əməllərini gördükcə, sanki şoka düşməli oluruq. Bir anlığa diqqət yetirək ki, parkın ərazisində çoxsaylı ictimai-iaşə obyektləri, insanların asudə vaxtlarında istirahət etmələri üçün bir çox avadanlıqlar, hətta parkın bir hissəsindən digər hissəsinə hərəkət edən nəqliyyat vasitələri və s. var. Diqqət yetirək ki, bu gün Göygöl Milli Parkının ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində karantin qaydalarının tələblərinə əməl olunmur. Yəni, kafe və restoranlarda çalışan şəxslər, həmin ünvanlara təşrif buyuran müştərilər heç bir halda maska taxmrlar, digər qoruyucu vasitələrdən istifadə etmirlər. Baxmayaraq ki, ötən ilin əvvəlindən başlayaraq indiyə kimi bütövlükdə bəşəriyyəti, eyni zamanda ölkəmizi olmazın problemlərlə üz-üzə qoyan koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilsə də, Göygöl Milli Parkına rəhbərlik edən və digər şəxslərin günahı ucbatından, parkın ərazisində karantin qaydalarının tələblərinə əməl olunmur. Bu da o deməkdir ki, bu parkın rəhbəri və müəyyən problemlərin əmələ gəlməsinə cavabdehlik daşıyan digər şəxslər, koronovirus (COVİD-19) infeksiyasına qarşı mübarizə tədbirləri gücləndirilməsi istiqamətində ölkə rəhbəri cənab İlham Əliyevin çağırışını və Operativ Qərərgahın tələblərini heç bir halda “priznavat” etmirlər.

Redaksiyamıza çatdırılan başqa bir məlumatalara görə, parkın ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində çalışan şəxslərlə, rəhbərlik arasında heç bir əmək müqaviləsi bağlanmır, işçilərin sağlamlıq durumlarının göstəricisi haqda həkim arayışı yoxdur. Hətta, aidiyyatı dövlət qurumlarının günahı ucbatından, Göygöl Milli Parkı ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərdə qiymətlər “od tutub yanır”. Adicə bir məqama diqqət yetirək ki, parkın bir hissəsindən digər hissəsinə, təqribən 200 metrlik əraziyə hərəkət edən nəqliyyat vasitələrinə minmək üçün hər kəs 5 AZN pul ödəməli olur. Əslində, bu birbaşa soygunçuluq, bənzəri olmayan formada “cibə girməkdir”. Söylənilənlərə görə, bəzi şəxslər Göygöl Milli Parkının rəhbərliyi ilə müəyyən işbirliyinə girir və parkın ərazisində ov ovlayırlar. Diqqət yetirmək lazımdır ki, həmin şəxslərin ovladıqları bəzi çöl quşları və çöl heyvanları qırmızı kitaba düşsə də, onlar buna heç bir halda əhəmiyyət vermirlər. Bu yöndə baş alıb gedənləri təhlil etməklə belə bir qənaətə gəlmək olar ki, Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər naziri cənab Muxtar Babayev Göygöl Milli Parkı ərazisində baş verənlərə gözucu baxdığından, hazırda bu parkın ərazisində hər cür həngamələrə, çoxsaylı qanunsuzluqlara qol qoyulur.

Mövzunu gündəmdə saxlayacağıq.
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ