Son xəbərlər

 

Şəhid ailələri və qazilərimiz Ali Baş Komandanın diqqət mərkəzindədir.

  

     44 günlük vətən müharibəsində cənab Prezidentin qətiyyətli addımları və nizami rəhbərliyi ilə,ordumuzun böyük fədakarlıqa döyüşərək,Xalqımıza ümummilli qələbəni qazandırması,Dövlətin şəhidlik zirvəsinə ucalmış qardaşlarımızın ailəsini və qəhraman qazilərimizi daima diqqət və qağıda saxladığını göstərdi.Şübhəsiz məkrli erməni xislətini özündə daşıyan,erməni muzdlu və Ermənistan silahlı qüvvələri ilə,tarixi,əzəli və əbədi torpaqlarımzda müharibə etmək,qələbə qazanmaq,bir ölkə olaraq bizim itirilmiz və əlimizdən zor ilə alınmış  haqqımız və ədalətimiz idi.                                                                               Mən Ali Baş Komandanımızın yüksək əhval-ruhiyyə ilə başladığı və qələbə ilə bitirdiyi müharibədə,Xalqımızın bütövlüklə bir yumruq kimi birləşməsini qürurla qeyd etmək və Dövlətimizin şəhid ailələrinə,qazilərimizə yaxından əlaqə və qayğısı barədə yazmaq istəyirəm.Əminəm ki,bundan sonra zaman keçdikcə,əzmli sərkərdəmiz İlham Əliyevin qələbəyə hesablanmış uzaqgörənliyi və planlı hərəkətləri,şanlı ordumuzun isə şücayəti hələ uzun illər müzakirə olunacaq,dünya dövlətləri hərbi və strateji baxımdan  bu müharibədən özləri üçün nümunələr götürəcəkdir.Tarixə ən qısa müddətli müharibə kimi düşən bu vətən müharibəsi qədirbilənxalqımızın necə tarixi kökləri olan bir xalq olduğunu sübut etdi.

Bildiyiniz kimi Prezidentin xüsusi tyəşəbbüsü ilə Bakı şəhəri Ramana kompleksində 1512 mənzildən ibarət,9 mərtəbəli 30 bina inşa olunub.Kompleksdə orta məktəb,uşaq baxçası,klub-icma mərkəzi tikilmişdir.Qeyd edim ki,cari ilin yanvar ayında Prezidentin sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən,2021-2025 ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil,habelə fərdi evlə təmin olunacaqdır.Burada uşaq baxçası və 1200 yerlik məktəb inşa olunub.Yəni yaşayış üçün bütün imkanlar var.Nəzərinizə çatdırım ki,müharibədən cəmi 3 ay yarım zaman keçib,ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə yaşayış kompleksi tikilərək,təqdim olunub.                                          Qazilərimizə isə  tibbi yardım,əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Vətən müharibəsində ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi protezlərlə təmin edilib,normal həyata dönə biliblər.Bir sözlə müharibə zamanı əlini,qolunu itirmiş qazilərimizçün ən müasir protezlər sifariş edilmişdir.Burada minlərlə qazi hər il müalicə alacaq,öz sağlamlıqlarını bərpa edəcəkdir.                                                                                                                             Bu günədək 9200-ə yaxın şəhid ailəsi,müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşdur.Bu il isə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulmuşdur.Demək həm Birinci ,həm ikinci Qarabağ müharibəsində şəhid olmuş qardaşlarımızın ailələrinə Bakıda,Sumqayıtda,Abşeron rayonunda bu ilin sonunadək mənzillər veriləcəkdir.Əlavə olaraq,müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşınıda verilib.Beləliklə,Dövlətimiz şəhid ailələri və müharibə əlillərinin təminatı üçün əlindən gələn hər şeyi edir.                                           Gənclərimizin Ali Baş Komandanın,ölkə rəhbərinin çağrışına və tapşırığına böyük həvəslə əməl etməsi,möhtəşəm qələbəmizi şərtləndirən amillərdən biri oldu.Bu gün fəxrlə deyirəm ki,bu müharibədə,ölməz şəhidlərimiz,əlil və qazilərimizlə yanaşı,ölkəmizdə gənc,vətənpərvər,vətəni üçün ölümün üzünə dik baxan gənc nəsil yetişdi.Vətənpərvərlik əzmində Xalqına və dövlətinə,Ali Baş Komandanına sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı yağı düşməndən azad etdilər.Bütün Xalqımız və ölkəmizdə yaşayan xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub etdi.Bu tarixi hadisə idi.Çoxillik yaşı olan ölkəmizin tarixində buna oxşar parlaq qələbə olmamışdır.Dövlətimiz,Ali Baş Komandan İlham Əliyevin mükəmməl uzaqgörən siyasəti və ölkə daxilində yürütdüyü sabit,xalqın sosial-rifah halının daima yaxşılaşmasına hesablanmış,dinamik inkişaf edən iqtisadi-siyasətlə bütün dünyaya öz gücünü göstərdi.Mən,bu müharibədə qazandığımız ümummilli qələbəni təkcə Ermənistan üzərində deyil,bizə qarşı onun tərəfdarlarının,tarixi torpaqlarımızın əbədi işqal altında saxlamaq üçün mütəşəkkil və güclü dairələrin, üzərində çaldığımızı qeyd etmək istəyirəm.Əminəm ki,Ermənistan bu məkrli məqsədi həyata keçirmək üçün bir kiçik alət və bir vasitə idi,hansı ki,istəklərinə nail ola bilmədilər.Arzuları ürəklərində qaldı!                                                                    Ali Baş Komandanın dediyi kimi “iti qovan kimi,qovduq onları” torpaqlarımızdan.Ermənilər məqsədyönlü şəkildə silahlandırılırdılar bizə qarşı.Azərbaycanda bütün sferalardakı inkişafı,ölkədə yürüdülən stabil siyasətlə əldə olunan uğurlarımızı həzm edə bilməyən xarici və onlara ölkədə maşalıq edən qüvvələrə üzərində qələbəmiz idi bu qələbə.          Xalqımızın məsuliyyəti bütün dünyada ölkəmizin Ermənistanla müqayisədə necə fərqli olduğunu bir daha göstərdi.Belə ki,şanlı ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməniləri öz torpaqlarımızdan qovub,sərhədə gəlib,sərhədimizin Ermənistan tərəfinə keçmədi.Əslində bildiyiniz kimi bizi buna təhrik etmək istəyirdilər.Əyər ordumuz Ermənistan ərazisinə keçsəydi,vəziyyət başqa cür ola bilərdi.Onlar və tərəfdarları bunu nə qədər istəsələrdə,ordumuzda olan çox güclü hərbi nizam-intizam,vahid kordinasiyadan idarə etmə,Ali Baş Komandana olan tabeçilik,inam və məhəbbət buna imkan vermədi, möhtəşəm qələbəmizi təmin etdi.Qarşı düşmən tərəfindən atılan raketlər Gəncə,Bərdə,Tərtər,Goranboy,Naftalan və cəbhə boyu digər rayonlarımızın dağılmasına gətirib çıxarmışdır.Hətta onların atdığı raketlərdən Xızı rayonunada gəlib düşmüş,xeyli dağıntılara səsəb olmuşdur.Bu da heç-bir müharibə qanun və qaydalarına sığmayan,dinc əhalinin,günahsız insanların tələfatına səbən olmuşdu.Lakin dünya ölkələri və onların ölkəmizdəki nümayəndəlikləri,Qeyri-hökümət,İnsan hüquqları Müdafiə Təşkilatları bu məsələyə də öz ikili standartları ilə yanaşmış,dırnaqarası demokratiya carçıları susmaqla cavab vermişlər. Lakin bütün bunlar  nə Xalqımızı nə də Dövlətimizi ruhdan salmır, bundan sonra da yeni müqavilələr imzalanıb,ən müasir silahlar alınır,artıq onlar ölkəmizə gətirilir.Apardığımız müharibə eyni zamanda ordumuzun gələcək təkmilləşdirilməsi məsələlərinidə üzə çıxarıb.   Cənab Prezidentin apardığı islahatlar isə daha çevik,daha döyüşkən və döyüş təcrübəsi,qabiliyyəti yüksək olan ordunun yaranmasına səbəb olacaqdır.                                                                                                                   Sonda diqqətinizi məğlub Ermənistanda müharibədən sonra baş verən xaos halından qeyd etmək istəyirəm.Hazırda məlumunuz olduğu kimi Ermənistanda ciddi siyasi və iqtisadi böhran hökm sürməkdədir.İqtisadiyyat tamamilə çökmüş,erməni xalqının sosial vəziyyəti çox acınacaqlı vəziyyətə düşmüşdür.Bu orda hakimiyyətin yarıtmaz siyasətinin acı nəticəsidir.Günbəgün dərinləşən və artıq həlli mümkün olmayan problemləri aradan qaldırmaq əvəzinə,hakimiyyət üzvləri bir-birini günahlandırır,ittiham edirlər.Artıq Ermənistanda kütləvi həbslər başlayıb və idarəçilik nəzarətdən çıxmışdır.Bunun səbəbi isə,son 30 ildə Azərbaycanla müharibə vəziyyətində olması və qonşu ölkələrlə normal münasibətlərin olmamasıdır.Ermənistanın bundan sonra bir dövlət olaraq var olmasının,inkişaf etməsinin tək yolu, Azərbaycanda aparılan xalqın işıqlı gələcəyinə hesablanmış,sabit iqtisadi-siyasətlə,inkişaf konsepsiyası,proqramları ilə yaxından maraqlanmaq və ondan özünə nümunə götürmək,sülh şəraitində qarşılıqlı əməkdaşlıq etməkdən ibarət olmalıdır.                                                                               Azərbaycanda isə Ali Baş Komandan İlham Əliyevin,apardığı universal siyasətlə görünən düşmən Ermənistan üzərində 44 günlük tarixi qələbəni xalqına qazandıqdıqdan sonra,dünya iqtisadiyyatını və ölkələrini çökdürən,görünməyən təhlükəli düşmən COVİD19 virusuna yoluxma halını minimuma endirməsi dünyanın diqqətini və marağını özünə çəkmişdir.Nəzərinizə çatdırım ki,pandemiya vəziyyəti ölkəmizdə vətən müharibəsi getdiyi vaxtda da,yəni hamılıqla diqqətin ön cəbhədə olmasına baxmayaraq nəzarətdən kənara çıxmadı,prezident İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın birgə səyi ilə yoluxma və ölüm halları minimumda saxlanıldı.Qısa müddət ərzində modul tipli xəstəxanaların açılması və fasiləsiz fəaliyyəti,həkimlərimizin xəstələrlə sıx təması virusun ölkəmizdə yayılmasının,kütləvi hal almasının qarşısını aldı.Hər iki ağır döyüşdə lakin qazanılan şanlı qələbənin səbəbi kimi ölkəmizdə xalq-hakimiyyət birliyini görür və alqışlayıram.Hörmətli Ali Baş Komandanım,siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdınız!Əminəm ki,xalqımız sizinlədir.Nəhayət,mən bütün Saatlılar adından hər iki qələbə münasibəti ilə xalqımızı,Ali Baş Komandan İlham Əliyevi və xalqımız,dövlətimizçün taleyüklü bütün məsələlərin həllində əlindən gələni edən Birinci vitse-prezident Mehriban Əliyanı təbrik edirəm!   Qarabağ Azərbaycandır!
       Yeni Azərbaycan Partiyası Saatlı rayon  15 saylı ilk partiya təşkilatının  sədri.                                          Vüqar Məmmədov                                                                                                                                                                                                      

 

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ