Son xəbərlər

 

Son dövrlər bir çox valideyn övladlarının daha tez xarici dil mənimsəməsi üçün onları 4-5 yaşından xarici dil kurslarına cəlb edirlər.

Bəzi mütəxəssislər isə bu halın uşaqların zehni cəhətdən yüklənməsinə və psixoloji olaraq yorulmalarına gətirib çıxardığını bildirir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən psixoloq Narınc Rüstəmova bildirib ki, ikinci dil öyrənmək üçün uşaqlarda ən ideal yaş dövrü 3 yaşdan sonradır:

“Uşaq öz ana dilində rahat danışıb fikrini ifadə edə bilirsə, kifayət qədər söz bazasına malikdirsə, özbaxım bacarıqları, sosial münasibətləri normaldırsa, bu uşaq ikinci dil təliminə uyğun hesab olunur.

Yox əgər uşağın heç öz ana dilində belə yaşına uyğun normal nitqi yoxdursa, özünü fikirlərini sözlü nitq şəklində, səlis ifadə edə (işarə ilə deyil) bilmirsə, anadan ayrı qalmırsa, yaşıdları ilə ünsiyyət qurmaqda çətinlik çəkirsə, özbaxım bacarıqları tam formalaşmayıbsa, bu cür uşaqlarda ikinci dil təlimi əks təsir göstərəcək, psixi və nitq inkişafının geriləməsinə, kəkələmə və digər nitq qüsurlarının yaranmasına gətirib çıxaracaq. Nəticədə uşağın aqressivliyi daha da artacaq”.

Psixoloq xarici dil məşğələsinin uşağın yaşına uyğun formada olmasının da vacibliyini bildirib:

“3-5 yaşlı uşaqla 7-8 yaşlı uşağın təlim prosesi və yükü eyni olmamalıdır. Məktəb yaşına qədər uşaqlar daha çox əylənərək öyrənməyə meyilli olurlar, oyunlar şəklində informasiyanı daha gözəl mənimsəyirlər. Əgər üç yaşlı bir uşağa sırf akademik yönlu təlim keçsək, bu, bir müddət sonra uşağın psixikasında, sosial və emosional sferasında pozulmalara gətirib çıxaracaqdır.

Sadəcə kurslara qoymaqla ikinci dil təliminin aparılması kifayət etmir. Uşaq eyni zamanda həm cizgi filmlərinə, dinlədiyi mahnılara və s . də eyni dildə qulaq asmalıdır. Evdəkilərin də bu dildə danışa bilməsi və uşagı dəstəkləməsi vacib məqamdır. Çünki təlim xarici dildədirsə, evdə isə uşaqla yalnız Azərbaycan dilində ünsiyyət qurulursa, bu zaman uşaqlarda ikidillilik xüsusən kəkələmə və digər nitq probləmlərinə yol aça bilir. Çünki bu uşağın düşünmə dili ayrı, danışma dili ayrı olur. Bu da nitqda gecikmələrə, tutulmalara səbəb olur.

Odur ki, uşaqlarımızı öz istəklərimiz istiqamətində deyil, daha çox onun potensialını nəzərə alaraq movcüd şəraitə uyğun olaraq böyütməliyik”.

Məsələyə münasibət bildirən loqoped Aytən Aslanova isə hesab edir ki, əgər uşaqların psixoloji inkişafı yaş dönəmlərinə uyğun, psixi prosesləri normal inkişaf edirsə, bu zaman uşaqlar erkən yaşda inkişafetdirici kurslara və əlavə dil öyrənmələrinə cəlb oluna bilər:

“Əgər uşaqda hər hansı psixoloji problemdən - hiperaktivlik, diqqət dağınıqlığı, yaxud öz ana dilini mənimsəmə çətinlikləri varsa, bu zaman uşağı başqa bir dillə yükləmək doğru deyil. Yalnız o halda mümkün olar ki, uşaq öz ana dilini yaşına uyğun tam şəkildə mənimsəsin, sərbəst cümlələr qursun, ünsiyyətə rahat şəkildə girsin. Bu zaman uşağa əlavə dil öyrətmək olar. Valideynlər də çox gözəl bilir ki, uşaqların xarici dilləri mənimsəmə səviyyələri 6 yaşına qədər daha güclü olur. Elmdə belə bir faktor var ki, 6 yaşına qədər istənilən uşağa istənilən xarici dili mühit və şərait imkan verdiyi təqdirdə çox asan öyrətmək olar. Təbii ki, bu zaman uşaqların psixoloji inkişafına diqqət etmək önəmlidir. Uşaq ana dilini ilk növbədə gözəl şəkildə bilməlidir. Uşağın düşüncə dili inkişaf etdirilməlidir. Düşüncə dili dedikdə, uşaq ana dilindən savayı, xarici dildə ünvanlanan istənilən suala fikirləşmədən cavab vermək iqtidarındadırsa, bu zaman onlara xarici dili öyrətmək olar”.

Loqoped onu da bildirib ki, zehni cəhətdən həddindən artıq yüklənən uşaqlarda gələcəkdə psixi yorğunluq yaranır və yeni bilgilərə istəkləri get-gedə aşağı düşür:

“Səviyyəni elə qoruyub saxlamaq lazımdır ki, öyrənəcəyi dil uşağın maraq dairəsinə aid olsun. Yəni valideyn zorla uşağa nəsə öyrətməsin”.

26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ