Son xəbərlər

 

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 4-də ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər.

 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və birinci xanım universitetin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış olublar.

ADA Universitetinin rektoru Hafiz Paşayev İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yeni korpuslarda yaradılan şərait barədə məlumat verib. Bildirib ki, yeni korpusların inşası 2016-2019-cu illər ərzində aparılıb. Yeni korpuslarda təlim-tədrisin ən müasir səviyyədə aparılması üçün bütün imkanlar var. Burada 535 nəfərlik akt zalı, sinif və qrup otaqları, kitabxana, laboratoriyalar müəllim və tələbələrin ixtiyarına veriləcək. Sinif otaqları tərcümə sistemi, smart lövhə və digər zəruri tədris avadanlığı ilə təchiz olunub.

 

Yeni istifadəyə verilən korpusların birində ADA Universitetinin Dövlət və ictimai münasibətlər, Biznes-iqtisadiyyat fakültələri yerləşir. Burada 1500-ə yaxın tələbə, o cümlədən 45 ölkə vətəndaşı təhsil alır. İndiyədək ADA Universitetində 2000 diplomat və dövlət qulluqçusu təlim keçib.

Yeni inşa olunan digər korpusda isə ADA Universitetinin 2019-cu ildə fəaliyyətə başlayan kollec tipli ADA Məktəbi yerləşir. ADA Məktəbində 500-ə yaxın X və XI sinif şagirdi Azərbaycan və ingilis dillərində təhsil alır.

Dövlətimizin başçısı və birinci xanım ADA Universitetinin kampusunda yerləşən parkda yaradılan şəraitlə də tanış oldular. Ümumi ərazisi 4 hektardan artıq olan parkın əsas hissəsi yaşıllıq zonasıdır. Orijinal üslubda yaradılan bu istirahət məkanında təbii ekoloji mühit maksimum qorunub. Burada göllər də yaradılıb.

ADA Universitetinin rektoru Hafiz Paşayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu ali təhsil müəssisəsinin gələcək iş planı barədə məlumat verib.

15 Yanvar 2021 Bu gün "Vikipediya" internet şəbəkəsinin yaradılmasının 20 ili tamam olur
15 Yanvar 2021 Prezident azad edilmiş torpaqlara keçdi - Video
15 Yanvar 2021 Lerikdə şəhid və qazi ailələri qayğı və diqqətlə əhatə olunur.
12 Yanvar 2021 Bakıda Milli Qəhrəmanın adını daşıyan küçə bərbad vəziyətdədir.
12 Yanvar 2021 Bir ailədən müharibəyə gedən 5 nəfər
11 Yanvar 2021 3 ölkə liderlərinin Moskvaya toplaşması... – İlham Əliyev
11 Yanvar 2021 İlham Əliyevin Moskva səfəri başa çatdı
11 Yanvar 2021 MTRŞ Speys TV ilə bağlı qərar verdi
09 Yanvar 2021 Elcan Məmiyev: Tənqid olar, amma təhqirə qarşıyam
04 Yanvar 2021 Prezident və xanımı Teymur Rəcəbovu təbrik etdi
29 Dekabr 2020 “Kəlbəcərin azad olunmasına görə” təltif edilənlərin siyahısı açıqlandı
28 Dekabr 2020 “Azərbaycanın istifadə etdiyi taktiki üsullar dünya hərb elmi üçün yenilikdir”
28 Dekabr 2020 ZOOMDA KONFRANS KEÇİRİLDİ: MÜBARİZ MƏNSİMOVUN AZAD EDİLMƏSİ ÜÇÜN QƏTNAMƏ QƏBUL OLUNDU!
27 Dekabr 2020 Qalib dövlətin qalib lideri!
27 Dekabr 2020 Şevçenko Azərbaycanla bağlı film hazırladı - Video
24 Dekabr 2020 Elcan Məmiyev: İlham Əliyev Qalib sərkərdə, Müzəffər Ali Baş Komandandır!
23 Dekabr 2020 Cənab Prezidentin verdiyi bütün vədlər gerçəkliyə çevrilir
22 Dekabr 2020 Tarix yazan qəhrəmanlar!
20 Dekabr 2020 Mehriban Əliyevanın təşəbbüsü ilə hərbçilərimizə dəstək aksiyasına başlanıldı - Fotolar+Video
18 Dekabr 2020 “Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edirdi”
18 Dekabr 2020 “Bizi qorxutmağa çalışırdılar ki, erməni tankları Bakının küçələrində olacaq”
17 Dekabr 2020 Qələbəmizin .şəhidləri və şahidləri.!
17 Dekabr 2020 “Əminəm ki, həmin videoları görən dünya müsəlmanları...”
17 Dekabr 2020 “Ərdoğan kişi adamdır, quyruq bulamır”
17 Dekabr 2020 “Ali Baş Komandanın əmrində, xalqımızın xidmətindəyik”
08 Dekabr 2020 Taleh Qaraşov onlayn müşavirə keçirib - FOTO
01 Dekabr 2020 QƏLƏBƏMİZİN LAÇIN ZİRVƏSİ
24 Noyabr 2020 YOLUMUZ UZUNDU, MÜQƏDDƏSDİ
17 Noyabr 2020 Azərbaycanda Milli Dirçəliş Günüdür
14 Noyabr 2020 “Ermənistan aldığı yaradan özünə gələ bilməyəcək” - Politoloq