Son xəbərlər

 

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı, ATV-nin keçmiş prezidenti Tağı İbrahimovun şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qadağasına baxmayaraq qanunsuz bina tikintisini davam etdirir.

“Qafqazinfo”ya müraciət edən bir qrup sakin bildirib ki, T.İbrahimovun təsisçi olduğu, oğlu Elşən İbrahimovun faktiki rəhbərlik etdiyi “Nehrəm” MTK Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də inşa etdiyi 19 mərtəbəli binanın 4 metrliyində yeni 18 mərtəbəli bina tikir. İnşaat şirkəti binaların yanğın təhlükəsizliyini təmin etmir, tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur, kommunal xətlərin çəkilişi normalara cavab vermir. Yaşadıqları bina 14 ildir inşa olunsa da, sakinlər çıxarışla təmin olunmayıb. 

Şikayətçilər bildirib ki, yeni binanın inşasını "Kon-Lay Project" MMC həyata keçirir. Şirkətin rəhbəri isə Nofəl adlı keçmiş polis işçisidir. Lakin tikintiyə “Nehrəm” MTK tərəfindən Şahlar adlı şəxs vasitəsilə nəzarət edilir. 
Binanın cəmi 4 metrliyində 2 bloklu, 18 mərtəbəli bina tikilməsinə Dövlət Şəhərsalma Komitəsinin müavini Dövlətxan Dövlətxanov icazə verib. Sakinlər bununla bağlı həm tikintini həyata keçirən şəxslərə, həm də müvafiq məsul dövlət qurumlarına şikayət edərək etirazlarını bildirsələr də, hələ də binanın tikintisi davam edir.

 

Şikayəti araşdırmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxladıq. Komitədən “Qafqazinfo”ya bildirilib ki, bu barədə sakinlərdən şikayət daxil olub: “Həmin şikayət araşdırılıb və müəyyən edilib ki, ərazidə layihə üzrə nəzərdə tutulmayan 18 mərtəbəli bina tikintisi həyata keçirilir. Həmin layihə, o cümlədən onun baş planı üzrə tikinti aparılması qeyri-mümkündür”. 

Məsələ ilə bağlı “Nehrəm” MTK ilə əlaqə saxlamağa çalışsaq da, şirkətə məxsus məlumatları tapa bilmədik. Məlum oldu ki, paytaxtda çoxmərtəbəli binalar inşa edən bu şirkətin nəinki saytı, heç əlaqə vasitələri belə yoxdur. “Kon-Lay Project” MMC-dən isə onların tikinti şirkəti olmadıqlarını, “Nehrəm” MTK-ya məxsus hazır binada dizayn işlərini həyata keçirdiklərini dedilər. Şirkətdən həmçinin bildirdilər ki, yeni tikilən bina ilə ümumiyyətlə, əlaqələri yoxdur.




 
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ