"Bu gün bütün dünyada pandemiya kimi qəbul olunan kornavirusla mübarizə aparırıq".
Bunu deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, koronavirusla bağlı cənab prezidentimiz və dövlətimiz tərəfindən çox mühüm addımlar və qərarlar verilməkdədir: "Bu addımlardan biri də 200 məhkumun azadlığa buraxılmasıdır. 200 məhbusun azadlığa buraxılması və onların ailələrinə qovuşması cənab prezidentimizin vətəndaşlarına verdiyi dəyərin sübutudur. İnanıram ki, azadlığa buraxılan insanlarımız səhvlərindən və dövlətimizin onlara göstərdiyi qayğıdan nəticə çıxaracaqlar. Koronavirusun ölkəmizdə yayılmaması üçün dövlətimiz və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bütün müvafiq təxrəsalınmaz tədbirlər görülməkdədir. Bu işdə vətəndaşlarımızın da məsuliyyətli olması vacibdir. İnsanlarımız təkcə özlərini deyil, yaxınlarını da düşünməlidir. Əgər insanlarımız Operativ Qərargahın çağırışlarına və şəxsi gigyenik qaydalarına riayət edərlərsə, bu bəladan tezliklə qurtula bilərik".
Aysel Yusifqızı