Son xəbərlər

 


Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, eyni zamanda Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Həmçinin bu fərmandan irəli gələn digər məsələləri həll etmək Nazirlər Kabinetinə həvalə olunub.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

“Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı aşağıdakı kimidir:

Sıra №-si İnformasiya sisteminin və ehtiyatının adı
1 2
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi üzrə
1.1. “Giriş-çıxış və qeydiyyat" idarələrarası məlumat-axtarış sisteminin “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi” altsistemi
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi üzrə
2.1. “Əhalinin Dövlət Reyestri" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
2.2. “Sahibkarlıq Sahəsində Aparılan Yoxlamaların Vahid Məlumat Reyestri” informasiya sistemi
2.3. “Fərdi elektron pəncərə” elektron məlumat sistemi
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi üzrə
3.1. Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
3.2. Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə Edilməsi Sistemi
3.3. Ünvan Reyestri İnformasiya Sistemi
4. Azərbaycan Respublikasının Energetika Nazirliyi üzrə
4.1. Energetika Nazirliyi tərəfindən verilən icazələr üzrə informasiya ehtiyatı
5. Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyi üzrə
5.1. Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi
6. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə
6.1. İcazələrin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron informasiya sistemi
7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə
7.1. Milli Təhsil Məlumat Bazası
8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə
8.1. Tibb kadrlarının vahid reyestri
9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə
9.1. Kənd təsərrüfatı subyektlərinin informasiya və monitorinq sistemi
9.2. Kənd təsərrüfatı məhsulları istehsalçılarının qeydiyyat sistemi
10. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə
10.1. Verilmiş status sənədləri üzrə informasiya ehtiyatı
11. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə
11.1. Gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemi
12. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi üzrə
12.1. Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestri
12.2. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi
12.3. “Şagird-məzun” dövlət elektron məlumat sistemi
13. Dövlət Miqrasiya Xidməti üzrə
13.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi
14. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə
14.1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta sahəsindəvahid elektron informasiya sistemi
15. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə
15.1. Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin “Analitik Monitorinq Sistemi”
16. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə
16.1. “Azərsu” ASC-nin Abonent Sistemi və Coğrafi İnformasiya Sistemi
17. “Azərişıq”Açıq Səhmdar Cəmiyyəti üzrə
17.1. “Azərişıq” ASC-nin abunəçiləri üzrə “Əhali” abunə informasiya bazası
18. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz”İstehsalat Birliyi üzrə
18.1. Qaz abunəçiləri üzrə informasiya ehtiyatı
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı
17 Aprel 2024 "Hazırda bu problem çox geniş yayılıb" - HƏKİM AÇIQLADI
17 Aprel 2024 “Hadı Rəcəbli hər şeydən öncə yaxşı dost idi” - Ziyafət Əsgərov
17 Aprel 2024 "Hər iki ölkə biri-birinin suverenliyini hər zaman dəstəkləyib” - EKSPERT ŞƏRH ETDİ
17 Aprel 2024 Saakaşvili bütün ölkəni etirazlara çağırdı
17 Aprel 2024 “Bizim əsas problemimiz abidələrdən yararlanmaq sahəsindədir” - DEPUTAT FİKİR BİLDİRDİ
17 Aprel 2024 "Onların düşüncəsi ağalarının pul kisəsindən asılıdır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
17 Aprel 2024 "Bəzi millət vəkilləri dilimizdə düzgün danışa bilmirlər" - MÜNASİBƏT BİLDİRİLDİ