Tanrı bəşər övladını yaratdıqdan ta bu günə kimi minlər, milyonlar gəlib keçmiş bu dünyadan. Böyük əksəriyyət sıradan bir ömür sürdüyü halda, bəziləri tam fərqli bir həyat yaşamışlar. Təbii ki, bunlar seçilmiş insanlardır, onlar bu dünyaya müəyyən bir missiya ilə gəlmişlər. Qəhrəmanım da məhz belə bir insan, belə bir şəxsiyyətdir. Abşeron rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova!
Bu alicənab, mərd, mübariz xanım illərdir ki , qurub-yaradır , əzmlə çalışır , xalqına, vətəninə, dövlətinə xidmət edir. Üzərinə düşən vəzifənin , öhdəsindən ləyaqətlə gələrək qəhrəman və şərəfli azərbaycan qadının bir nümunəsini də tarixə qızıl hərflərlə yazdırır.
Respublikamızda yeganə qadın icra başçısı olaraq ölkə rəhbəri Cənab İlham Əliyevin sərəncam və tapşırıqlarını böyük məsuliyyətlə, yüksək əzmlə yerinə yetirərək dövlətimizin, dövlətçiliyimizin keşiyində şərəflə durur.
Bu gün adı kimi iradəli, mətin , alicənab xanımın doğum günüdür. Bu münasibətlə İradə xanımı və bütün onu sevənləri təbrik edirik. Ona möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji , böyük uğurlar arzulayırıq.
Tanrı Sizi qorusun , İradə xanım!
Hörmətlə Millidəstək.az saytının baş redaktoru Müşfiq Kişiyev.