Yaranmışların ən alisi insandır.
Ulu Tanrı bəşər övladını yaradarkən ondan heç bir lütfünü əsirgəməmişdir. Ona ən ali hisslər əta etmiş və belə də davam etməsini buyurmuşdur. Bu ali keyfiyyətlər xeyirxahlıq , mərhəmət , alicənablıq , sadəlik,bütünlükdə yüksək mənəvi dəyərlərdir. Lakin zaman keçdikcə bu dəyərlər də sanki dəyişmiş , bir sözlə insanlıq mənəvi erroziyaya uğramağa başlamıdır. Günümüzün reallığında yüksək dəyərlərə sadiq qalan , insanlıq adına şərəf gətirən, Ulu Yaradanın buyruğunu ləyaqətlə yerinə yetirən insanlar az da olsa var. Çox şükür ki , var. Elə qəhrəmanım plastik- estetik –rekonstruktiv cərrah Mirəzim Zaidov da belə nadir şəxsiyyətlərdəndir. O , alicənablığı , ləyaqəti , mənəvi dəyərləri yüksək tutan , qiymət verən bir insandır. Bütün həyatını, əməli fəaliyyətini də belə yüksək amala kökləmişdir.
Çox yaxın günlərdə bütün müsəlman aləmi Müqəddəs Qurban bayramını qeyd edəcək. Bu bayrm günlərində insan paklaşır , daxilən saflaşır , arınır , təmizlənir.Saflığı , təmizliyi, şərəf və ləyaqəti həyat kredosu edənlərə isə bu günlərin bərəkətindən daha çox pay düşür. Təbii ki , Mirəzim bəy də bu sıradandır.
Mirəzim həkim öz adından qarşıdan gələn Müqəddəs Qurban bayramı münasibəti ilə başda möhtərəm prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımzı təbrik edir. Cənab prezidentə, ailəsinə hər zaman Tanrının pənahında olmasını diləyir.
Biz də öz növbəmizdə Mirəzim həkimi təbrik edirik . Mərhəmət qapılarının açıq olduğu , bütün duaların qəbul olunduğu bu günlərdə bütün dualarının , arzu və istəklərinin həyata keçməsini , kəsilən qurbanlarının qəbul olmasını diləyirik . Bayramınız mübarək !