Səməd Vurğunun “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir.

Şeir 1933-cü ildə yazılıb. Yazılma tarixi də maraqlıdır. Səməd Vurğun Xan Şuşinskinin dəvəti ilə Ağdama gedir. Qonaqlıqlar, görüşlər... - hər yerdə sevgi görən Səməd Vurğun çox təsirlənir və Xan Şuşinskinin evində olarkən bu şeirin ilk sətirlərini öz xətti ilə kibrit qutusuna yazır. O “əlyazma” da Xan əminin evində saxlanılır. Şeiri tam halda isə Ağdam Mədəniyyət Evində görüşdə səsləndirir. Şeir o qədər populyarlıq qazanır ki, ölkənin ikinci himninə çevrilir.

1959-cu ildə şeir “SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat”a daxil edilir. Bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə eyniadlı “Azərbaycan” mahnısını bəstələyir. Şeir müxtəlif dillərə tərcümə edilir, ölkə hüdudlarından kənarda dərc olunur, oxunur, sevilir. Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində də həkk olunub.

Qeyd edim ki, Səməd Vurğunu o dövrün şairləri - Əhməd Cavad, Mikayıl Müşfiq, Hüseyn Cavid və digərlərinin həbs edilərək represiyaya məruz qalmasına görə ittiham edirlər. O dövrün tələbləri və şərtləri təhlükəli bir həddə gəlib çatmışdı. Hər an istənilən ziyalının qapısını “NKVD üçlükləri”nin (“Troyka”) adamları döyüb, izahat vermədən həbs edib, haqqında ölüm hökmü çıxara bilərdi. Səməd Vurğunun da qapısı istənilən anda belə döyülə bilərdi. Buna görə də o, edilən təzyiqlərə dözmür, tələb edilən sənədlərə imza atır. Lakin bu, onu çox sarsıdır və bir neçə gün evdən çölə çıxmır. Hətta deyilənə görə, intihar etmək qərarına da gəlir.

Şair yataq otağında damarlarını kəsmək üçün ülgüc götürür. Damarını kəsmək istəyəndə ülgüc sürüşür (damarı tam kəsmir). Həkimlər gəlir və Səməd Vurğunu sağaldır. Onu çağırıb deyirlər ki, əgər özünü öldürməklə xilas yolu tapacaqsansa, bəs, ailən, yaxınların necə olacaq?

Beləcə onu fikrindən daşındırırlar.

Zaman keçir, Azərbaycan müstəqil dövlət olur, arxivlər açılır, sənədlər üzə çıxır. Belə sənədlərin birində Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin bünövrəsini qoyan Əhməd Cavadın şeirləri də tapılır. Yenidən dərc edilir, çap olunur. Məlum olur ki, Əhməd Cavadın “Azərbaycan” adlı şeiri də var. Bunu oxuyanda hiss edilir ki, Səməd Vurğunun “Azərbaycan” şeiri sanki ondan götürülüb, bir balaca dəyişkilik edilib və sözlərin yeri dəyişdirilib. Oxşarlıq həddən çox diqqəti çəkir. Müqayisə üçün özünüz baxın:

Əhməd Cavad:

Durna gözlü bulaqların,

Cənnət kimi yaylaqların!

Geniş-geniş oymaqların,

Azərbaycan! Azərbaycan!..

...Qayaların əlvan mərmər!

Belində var qızıl kəmər!

Bir yanında Bəhri-Xəzər!

Azərbaycan! Azərbaycan!

Düzü, sözlərin və cümlələrin yeri və anlayışı dəyişsə də, demək olar oxşar şeirdir. Mahiyyət eynidir. Əlbəttə, burada plagiat olub-olmamasını sübut etmək üçün poeziyanı dərindən bilmək lazımdır. Bəlkə də təsadüfdür. Lakin bir yaşlı adamdan eşitmişəm ki, Əhməd Cavad həbs ediləcəyini bilirdi. Buna görə də dostlarından onun xatirəsini və şeirlərini yaşatmasını xahiş etmişdi. Bəlkə də Səməd Vurğundan da xahiş edib ki, bu şeiri hansısa formada yaşatsın: vəsiyyət edib ona...

Düzünü isə ikisindən başqa heç kim bilməyəcək...

İkisinin də ruhu şad olsun!

21 İyun 2024 Sübhədək ulayan, şeir yaza bilməyən Şəhriyar...
15 İyun 2024 Hüseyn Kürdoğlunun 90 illik yubileyidir
08 İyun 2024 Nazirlikdə işdən buna görə çıxdım – Şərif Ağayar
04 İyun 2024 Anasının sevgilisinə görə qaçaq düşən şair
18 May 2024 AYB sədri deputat olmağa hazırlaşır? - Açıqlama
03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı